Polisdən qaçmaq istədi, iti dişlədi

CC0 / Stevebidmead / Dogİt, arxiv şəkli
İt, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Polisdən verilən məlumata görə, itlər heç bir zədə almayıb və xidmətə davam edir

BAKI, 25 yanvar — Sputnik. Amerikada cinayətkar polis itini dişləyib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, cinayətkarı ancaq it ona qarşılıq verəndən sonra həbs edə biliblər.

Hadisə yanvarın 21-də də baş verib. Ölüm hadisəsi baş verən evə gələn polislər burada axtarışda olan iki cinayətkarla qarşılaşıblar.

"Onlar saxlanılma zamanı ciddi müqavimət göstərirdilər. Xüsusən də biri. Əlacsız qalıb, üzərinə it buraxdıq. Amma o, iti də dişlədi. İt də qarşılığında onu qapdı. Sonda onu elektroşokerlə sakitləşdirdik" – deyə polis zabiti Ceyson Killari bildirib.

Adları açıqlanmayan cinayətkarlar həbs zamanı müqavimət və polis itinə hücum ittihamı ilə saxlanılıblar. Polisdən verilən məlumata görə, it heç bir zədə almayıb və xidmətə davam edir.

Xəbər lenti
0