Rus turistlər

Rus turistləri rekord vurur

209
(Yenilənib 10:52 25.01.2018)
Türkiyədə rezervasiya edənlərin sayının 2017-ci ilə nisbətən 4-5 dəfə çox olduğunu qeyd ediblər

BAKI, 25 yanvar — Sputnik. Bu il Rusiyadan Türkiyəyə gedən turist sayı ötən ilkinə nisbətən 4 dəfə çox ola bilər. Bu barədə Rusiya Tur Operatorları İttifaqından məlumat verilib.

"Bu il erkən rezervasiya edənlərin sayı ötən ildəkindən 4 dəfə artıqdır. Hələ indiyə qədər belə şey olmamışdı. Bu, rekord deməkdir. Ruslar Türkiyəni, xüsusilə Antalyanı çox sevirlər. Ona görə də,aylar öncəsindən otellərdə yer tuturlar" – RTOİ-dən bildirilib.

Sputnik Türkiyə xəbər verir ki, ölkənin tanınmış "NTK İntourist", "Biblio-Globus" kimi iri tur operator şirkətləri də Türkiyəyə rezervasiya edənlərin sayının 2017-ci ilə nisbətən 4-5 dəfə çox olduğunu qeyd ediblər.

209
Teqlər:
Antaliya, rus turist, rekord, Türkiyə
Əlaqədar
Hoteldən təkzib gəldi: "Ərəb turist otaqda tək olub"
Küveytli turist Bakıda üç fahişənin gözü önündə ölüb
Xəstəxanaya yerləşdirilməkdən imtina edən turist vəfat etdi
Burada qızlar turistə potensial ər gözü ilə baxırlar