Əfsanə səhnədən getdi...

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidElton Con
Elton Con - Sputnik Azərbaycan
Abunə olmaq
O, qərarının seçdiyi prioritetlərin dəyişməsi ilə bağlı olduğunu vurğulayıb

BAKI, 24 yanvar — Sputnik. Britaniya və dünya musiqisinin əfsanələrindən olan Elton Con konsert fəaliyyətini bitirəcəyini açıqlayıb. Sputnik Azərbaycan “Reuters”ə istinadən xəbər verir ki, ser Elton Con bu barədə yanvarın 24-də açıqlama verib.

Müğənni bildirib ki, səhnə ilə vidalaşmamışdan öncə vida turuna çıxacaq. Qastrollar 2018-ci ilin sentyabrında başlayacaq. O, qərarının seçdiyi prioritetlərin dəyişməsi ilə bağlı olduğunu vurğulayıb. Bundan sonra onun üçün birinci yerdə uşaqları və yaxınları olacaq.

70 yaşlı müğənni səhnəni tərk etməsinin səhhətindəki problemlərlə bağlı olduğu barədə yazılanları da təkzib edib.

Xəbər lenti
0