Afrin yaxınlığında türk tankları, 23 yanvar 2018-ci il

Türk ordusunun Afrin əməliyyatından yeni videogörüntü

657
(Yenilənib 10:04 25.01.2018)
Azad Suriya əsgərləri əsir götürdükləri terrorçudan qarşıdakı postların yerini öyrənərək bombardmana başlayır

BAKI, 24 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Afrin bölgəsinə başlatdığı "Zeytun budağı" hərəkatı davam edir. Son olaraq Burseya dağı ətəklərindəki bir neçə kəndi PYD terrorçularından təmizlənib.

Sputnik Azərbaycan-ın təqdim etdiyi görüntülərdə ASO döyüşçülərinin PYD mənsubunu əsir aldığı görülür. Azad Suriya əsgərləri əsir götürdükləri terrorçudan qarşıdakı postların yerini öyrənərək bombardmana başlayır.

657
Teqlər:
Afrin, Azad Suriya Ordusu, Türkiyə Silahlı Qüvvələri, videogörüntü
Əlaqədar
Türk general Afrin əməliyyatının hədəfini və gizli planı açıqladı
Afrində məhv edilmiş terrorçuların sayı bilindi
Rusiya və Türkiyə prezidentləri Afrin əməliyyatını müzakirə etdilər
Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - VİDEO
Türk ordusundan Afrin açıqlaması: Bu qədərini planlaşdırmamışdıq
Amitabx Baççan, arxiv şəkli

Azərbaycanlıların da sevimlisi olan hind aktyoru koronavirusa yoluxdu

1
(Yenilənib 00:04 12.07.2020)
"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

BAKI, 12 iyul – Sputnik. Əfsanəvi hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor yazıb.

​Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.

Amitabx Baççan oynadığı rollarla Azərbaycanda da məşhurdur və sevilir.

1
Ada, arxiv şəkli

Gəl ay müştəri! Şotlandiyada mənzil qiymətinə ada satılır

3
(Yenilənib 21:32 11.07.2020)
20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Bura tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

BAKI, 11 iyul — Sputnik. Şotlandiyada İnçkonnakan (Inchconnachan) adlı yaşayış olmayan ada satışa çıxarılıb. Sputnik Azərbaycan "Metro" nəşrinə istinadən xəbər verir ki, ada 500 min funt sterlinqə (1 milyon manata), yəni Londonda mənzil qiymətinə təklif edilir.

Ada Lomond gölünün mərkəzində yerləşir. Onun qalın bitki örtüyü ilə əhatə olunan ərazinin sahəsi 42 hektardır. 20 il ərzində heç kimin yaşamadığı adaya yalnız qayıqla getmək olar. Beləliklə, bu, tək qalmaq istəyənlər üçün ideal bir yerdir.

Adada 1920-ci illərdə tikilmiş kiçik bir taxta ev də var. Bina təmir edilə bilmədiyi üçün, onun sökülməsinə və beş yataq otağı olan yeni bir evin tikintisinə razılıq verilib. Bundan əlavə, adada kiçik bir daxma, qayıq stansiyası və qayıqların yan alması üçün körpü tikmək planlaşdırılır.

3