Baş Qərargah öldürülən terrorçuların sayını açıqladı

© REUTERS / STRTürkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il
Türkiyə tankları Suriya ilə sərhədə yaxın Kilis əyalətində, 21 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Döyüşlər zamanı PYD/YPG, PKK və İŞİD qruplaşmalarının, ən azı 260 silahlısı məhv edilib

BAKI, 24 yanvar — Sputnik. Azad Suriya ordusu (ASO) və Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatın beşinci günüdür. "Zeytun budağı" adlanan əməliyyat zamanı 260 PYD terrorçusu məhv edilib.

Sputnik Azərbaycan "Hürriyet"ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı yayıb. "Döyüşlər zamanı PYD/YPG, PKK və İŞİD qruplaşmalarının, ən azı 260 silahlısı məhv edilib" — bəyanatda bildirilir.

TSQ-dan o da qeyd olunub ki, türk ordusu və ASO PYD-nin nəzarətində olan 16 yaşayış məntəqəsini ələ keçirib.

Qeyd edək ki, beş gündür davam edən şiddətli döyüşlər zamanı 4 türk əsgəri şəhid olub.

Xəbər lenti
0