Afrində türk hərbçiləri, 22 yanvar 2018-ci il

Türk general Afrin əməliyyatının hədəfini gizli planı açıqladı

623
(Yenilənib 12:17 24.01.2018)
İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib

BAKI, 24 yanvar — Sputnik. 2015-ci ildə Türkiyə Silahlı Qüvvələrindən (TSQ) təqaüdə çıxan, keçmiş ordu generalı İhsan Başbozkurt "Hürriyet" qəzetinə TSQ-nin Afrin əməliyyatını dəyərləndirib. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, general "Zeytun budağı" əməliyyatının ABŞ və İsrailə mesaj olduğunu söyləyib.

Türkiyə-Suriyə sərhədinə yaxın Hatay əyalətinin Hassa şəhərində türk əsgərləri, 21 yanvar 2018-ci il
© Photo : Caglar Ozturk / Dogan News Agency via REUTERS

"Şanlı ordumuzun bu əməliyyatı Amerikaya açıq mesajdır. Onların "Böyük İsrail" planı var. Bunun üçün xəritələr də hazırlayıblar. Türkiyə Suriyaya Afrin əməliyyatı ilə ABŞ-a "o xəritələri cır at" mesajını verir" — general qeyd edib. 

İhsan Başbozkurt bildirib ki, İŞİD Amerika üçün bəhanədir: "İŞİD artıq bitib. Hətta var olanda belə, o, ABŞ üçün bəhanə idi. PYD-ni guya onlara qarşı silahlandırıb İŞİD-i yox etməyə çalışırdılar.Pərdə arxasında əsas hədəf İsraildir. Böyük İsrail. PYD terrorçularının Türkiyəyə qarşı silahlandırılması, gücləndirilməsi "Böyük İsrail" planının bir mərhələsidir".

"Ancaq Türkiyə buna imkan verməyəcəyini Suriyaya girərək göstərdi. PYD-ni bombalayaraq Vaşinqtona açıq mesajlar göndərildi. Onlara "Böyük İsrail" xəritəsini cır zibil qutusuna at deyildi" — sabiq ordu generalı bildirib.

İhsan Başbozkurt, türk ordusunun mükəmməl koordinasiyaya sahib azsaylı ordulardan olduğunu və Afrin əməliyyatını uğurla sonlandıracağını qeyd edib.

623
Teqlər:
"Zeytun budağı" əməliyyatı, Afrin, Ordu generalı, Türkiyə Silahlı Qüvvələri, PYD, İsrail, Suriya, Amerika, xəritə, Türkiyə, ABŞ, terrorçu, İŞİD
Əlaqədar
Türk ordusundan Afrin açıqlaması: Bu qədərini planlaşdırmamışdıq
Moskvadan Afrin əməliyyatına reaksiya: Ankara özündən çıxdı
Afrin əməliyyatının son tarixi bilindi
Suriyadan Afrin əməliyyatına cavab: Türkiyə ərazisi raket atəşinə tutuldu
Afrin əməliyyatı barədə maraqlı detal üzə çıxdı