İnanılmaz: Dəvələri botoksdan istifadə etməkdə günahlandırdılar

Abunə olmaq
Təşkilatçıların fikrincə, bu cür hərəkətlər ölkənin milli simvoluna qarşı qəbuledilməzdir

BAKI, 24 yanvar — Sputnik. Səudiyyə Ərəbistanında dəvələr arasında gözəllik müsabiqəsi keçirilir. Sputnik Azərbaycan bu barədə arabianbusiness.com-a istinadən məlumat verir.

Məlumata əsasən, 12 dəvə botoksdan istifadəyə görə müsabiqədən kənarlaşdırılıb. Belə ki, dəvələri gözəlləşdirməkdən ötrü onların dodaqlarına, yanaqlarına, başlarına və dizlərinə xüsusi maye vurublar.

Təşkilatçıların fikrincə, bu cür hərəkətlər ölkənin milli simvoluna qarşı qəbuledilməzdir. 

Gözəllik müsabiqəsinin də daxil olduğu milli festival bir ay davam edəcək. Festivalda dəvələr arasında mükafat fondu 57 milyon dollar olan qaçış da keçiriləcək. 

Xəbər lenti
0