Hamburqda Ərdoğan-Putin görüşü

Rusiya Türkiyə prezidentləri Afrin əməliyyatını müzakirə etdilər

135
(Yenilənib 10:28 24.01.2018)
Prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər

BAKI, 24 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, prezidentlər Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki əməliyyatını və Soçidə 29-30 tarixlərində Suriya üzrə milli dialoq konqresinə hazırlıq işlərini müzakirə ediblər.    

“Ərdoğan əməliyyatın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına və Afrinin PYD, YPG və İŞİD terror qruplaşmalarından azad edilməsinə yönəldiyini bildirib. Prezident əməliyyatın Suriyanın siyasi vahidlik və ərazi bütövlüyünə töhfə vermək nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb. Ərdoğan Rusiya ilə Suriyaya dair əməkdaşlığa və əlaqələndirməyə böyük əhəmiyyət verdiyini qeyd edib. Liderlər Soçidə Suriyada siyasi nizamlanmaya yol aça biləcək milli dialoq konqresinin keçirilməsi üçün birgə səy göstərməyi davam etdirməyə hazır olduqlarını vurğulayıblar”, — deyə məlumatda bildirilir.

135
Əlaqədar
Ərdoğan və Putin bu məsələdə razılığa gəldilər
Ərdoğan: "Qarabağ problemini ancaq Putin həll edə bilər, mənə söz verdi"
Ərdoğan və Putin Soçidə 4 saatlıq görüş keçirdilər
Putin və Ərdoğan üçün riskli seçim
Millət vəkili Fəzail İbrahimli

"Hansısa kağız parçası ilə Azərbaycana təsir göstərmək olmaz"

2
(Yenilənib 12:34 26.11.2020)
"Onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik" - Fəzail Ağamalı

BAKI, 26 noyabr — Sputnik. "Həmkarlarım burada beynəlxalq hüquqdan danışırlar. Beynəlxalq hüquq haradadır? Fransa Senatının qəbul etdiyi bu qərar hər hansı zaman kəsiyində baş verən qərar deyil. Bu, türkə qarşı davam edən siyasətin bir zaman daxilində reallaşmasıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli parlamentin bu gün keçirilən iclasında deyib.

F.İbrahimli qeyd edib ki, Fransa Senatının üzvləri Əlcəzairdə soyqırımı törədən qatillərin nəvələridirlər:

"Burada insanlıqdan nəsə gözləmək sadəlövhlük olar. Fransanın içi yanır, sürünür. Çünki Türkiyə ilə Rusiya onu Dağlıq Qarabağdan kənarlaşdırdı, münaqişəni özləri həll etdilər. Axı Fransa ermənilərə söz vermişdi, indi də öz sözünü tuta bilmir. Ancaq hansısa kağızla Azərbaycana təsir göstərmək olmaz. Azərbaycan həmişə haqqı-ədaləti tutub. Azərbaycanla danışığın bir forması var və bu, haqq-ədalət, beynəlxalq hüquq müstəvisində olmalıdır".

İclasda deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, Fransa Senatının üzvləri beynəlxalq hüquqdan kifayət qədər xəbərdardırlar: "Ona görə də onların qəbul etdiyi qətnamə qərəzlidir. Azərbaycanın Fransadakı səfiri geri çağırılmalıdır. Ticari və iqtisadi əlaqələrə yenidən baxılmalıdır. Biz qalib ölkəyik".

Qeyd edək ki, Fransa Senatı qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

Bakıdakı Fransa səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

15
(Yenilənib 12:27 26.11.2020)
Paytaxt sakinləri səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

BAKI, 26 noyabr — Sputnik. Bakı sakinləri Fransanın Azərbaycandakı Səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Sputnik Azərbaycan Trend-ə istinadən bildirir ki, paytaxt sakinləri və 40-a yaxın QHT səfirlik qarşısına toplaşaraq Fransa senatında qondarma “Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna etiraz ediblər.

APA-nın məlumatına görə, iştirakçılar ingilis və fransız dillərində hazırlanmış plakatlar qaldırıb, "Qarabağ Azərbaycandır", "Fransa ədalətli ol", "Beynəlxalq hüquqa hörmət elə", "Fransa ATƏT-dən rədd ol!" kimi şüarlar səsələndiriliblər.

Aksiyaçılar hazırlanmış bəyanatı oxuyublar. 

  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
  • Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası
    © Photo : TREND
1 / 5
© Photo : TREND
Bakıda Fransa səfirliyinin qarşısında etiraz aksiyası

 

Bəyanatda bildirilib ki, Fransa Senatının qəbul etdiyi qətnamədə əks olunmuş müddəalar noyabrın 9-da Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmaya kölgə salır: "Fransa Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş çoxsaylı beynəlxalq cinayətlərə göz yuman, dinc azərbaycanlılara qarşı dəfələrlə həyata keçirilmiş terror və vandalizm riyakarlığını və ikiüzlülüyünü bütün dünyada nümayiş etdirdi. 

Bu qətnamə əldə edilmiş sülhü təhlükə altına atır. Biz bu qətnaməni pisləyir və ləğv edilməsini tələb edirik. Senatın bədnam qətnaməsi ləğv olunana qədər isə Fransa ilə bütün əlaqələrin dayandırılmasını tələb edirik". 

Etirazçılar Senatın qəbul etdiyi qətnaməni BMT Təhlükəsizlik Şurasının daimi üzvü və ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa adına böyük rüsvayçılıq və qara ləkə adlandırıblar: "Fransa ATƏT-in Minsk qrupunun həmsədrlik mandatından və vasitəçilik missiyasından imtina etsin, Parisdəki səfirimiz geri çağırılsın". 

Bəyanatı "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı", Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti", "Gənc Vətənpərvərlər" və digər qeyri-hökumət təşkilatları imzalayıb. 

Xatırladaq ki, ötən gün Fransa Senatı səs çoxluğu ilə hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımağa çağıran qərar qəbul edib. Qərar tövsiyə xarakteri daşıyır.

15
Teqlər:
etiraz, səfirlik, Fransa, Bakı, Azərbaycan

Hərbi əsir Amin Musayevlə bağlı yenidən şayiələr yayılıb

0
(Yenilənib 12:38 26.11.2020)
Beynəlxalq Qırmızı Xaç Komitəsi və hərbi əsir Amin Musayevin qohumu onun Azərbaycana qaytarılması ilə bağlı məlumatı təsdiqləməyib

BAKI, 26 noyabr — Sputnik. Hərbi əsir Amin Musayev ailəsinə qaytarılmayıb. Sputnik Azərbaycan xəbər verir ki, hərbi xidmətçinin dayısı Sənan Sadıqov sosial şəbəkələrdə bu barədə yayılmış şayiələri təkzib edib.

Qeyd edək ki, bir qədər bundan əvvəl sosial şəbəkələrdə yayılan videoda zahirən 26 yaşlı Musayevə bənzəyən hərbi geyimli cavan oğlanın görüntüləri əks olunub. Videoda həmin oğlan, çox güman ki, yaxın qohumu olan orta yaşlı qadını uzun ayrılıqdan sonra qucaqlayır. Video yayılandan bir neçə saat sonra silinib.

Musayevlə bağlı söz-söhbət jurnalist Aleksandr Xarçenkonun yaydığı videolardan sonra geniş yayılıb. O, erməni hərbçilərinin Şuşa şəhəri yaxınlığındakı döyüşdən sonra iki yaralı Azərbaycan əsgərini necə tapdıqlarını videoya çəkib. Daha sonra yaralılar təcili yardım maşınında naməlum istiqamətə aparılıblar. Xarçenko bildirib ki, azərbaycanlı əsgərlərin gələcək taleyi barədə məlumat almağa çalışsa da, buna nail ola bilməyib.

Xatırladaq ki, Amin Musayev Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş üç hərbi qulluqçumuzdan (digərləri Rüstəm Ruslanov və Bayram Kərimovdur) biridir. Azərbaycanlılar dünyanın hər yerindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə onların tezliklə qaytarılması üçün qurumun fəaliyyətə keçməsi məqsədilə çağırış ediblər. Göstərilən bütün səylərə baxmayaraq Musayev və digər hərbi əsirlərlə bağlı dəqiq məlumat əldə etmək mümkün olmayıb.

“Videodakı şəxs mənim bacım oğlu deyil. Əlimdə böyüyən uşağı tanımayacam? Bu, o deyil”, – deyə Sadıqov qətiyyətlə bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsindən də hərbi əsirin qaytarılması ilə bağlı məlumatı təsdiqləməyiblər. Komitənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, sentyabrın 27-dən bu yana qurum yalnız bir mülki şəxsin Azərbaycan tərəfindən Ermənistana qaytarılmasına vasitəçilik edib. Hərbi əsirlərlə bağlı hər hansı bir əməliyyat isə aparılmayıb.

0
Teqlər:
video, Amin Musayev, şayiə, hərbi əsirlər, Qarabağ