Türkiyə Suriyada ikinci şəhidini verdi

© REUTERS / Osman OrsalAfrin
Afrin - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən də Musa Özalkan adlı türk əsgəri Burseya dağında PYD-li terrorçularla atışmada şəhid olmuşdu

BAKI, 23 yanvar — Sputnik. Türk ordusu Suriyanın Afrin bölgəsinə başlatdığı hərbi əməliyyatın 4-cü günündə daha bir əsgərini itirib. Sputnik Türkiyə xəbər verir ki, ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində başsağlığı mesajı paylaşıb.

"Vətənimizin əmin-amanlığı üçün Afrindəki hərbi əməliyyatda iştirak edən hərbçimiz Oğuz Kaan Usta şəhidlik məqamına yüksəlib. Şəhidlərimizin qanı yerdə qalmayacaq. Terrorun kökünü qazıyanadək mübarizəmiz davam edəcək. Millətimizin başı sağ olsun" — Çavuşoğlu yazıb.

Xatırladaq ki, dünən də Musa Özalkan adlı türk əsgəri Burseya dağında PYD-li terrorçularla atışmada şəhid olmuşdu.

Xəbər lenti
0