SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ Gürcüstanı silahlandırır: Javelin raket kompleksləri Tbilisidədir

© Sputnik / Aleksandr Imedashvili / Mediabanka keçidGürcüstan müdafiə nazirliyi
Gürcüstan müdafiə nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın müdafiə naziri Levon İzoriya bəyan edib ki, Amerikanın Javelin tank əleyhinə raket kompleksləri artıq Gürcüstandadır

BAKI, 23 yanvar — Sputnik. Gürcüstanın müdafiə naziri Levan İzoriya bəyan edib ki, Amerikanın Javelin tank əleyhinə raket kompleksləri artıq Gürcüstana çatdırılıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, ABŞ Javelin tank əleyhinə raket kompleksləri bir müddət əvvəl Gürcüstana göndərib.

"Javelin sistemlərinin nəqlinin ilk mərhələsi uğurla başa çatıb. Sistem Gürcüstanda təhlükəsiz yerdə yerləşdirilib" — deyə İzoriya ABŞ səfiri Yan Kelli ilə görüşdən sonra jurnalistlərə bildirib. 

Suriya ərazisindən Türkiyənin Kilis şəhərinə 4 raket atılıb - Sputnik Azərbaycan
Suriyadan Afrin əməliyyatına cavab: Türkiyə ərazisi raket atəşinə tutuldu

Nazirin sözlərinə görə, tezliklə gürcü hərbçilərə sistemin istifadə qaydalarının öyrədilməsi məqsədilə xüsusi kurs keçiləcək.

Bundan əvvəl isə Moskvadan bildiriblər ki, ABŞ-ın Gürcüstana Javelin tank əleyhinə raket komplekslərini göndərməsi Tbilisini regionda yeni təhlükəli avantüraya sürükləyə bilər.

 

Xəbər lenti
0