PKK-Kandil

Türkiyəyə təklif: PKK-ni birgə məhv edək

968
(Yenilənib 15:05 23.01.2018)
"Əməliyyat gerçəkləşərsə, PKK-nın sərhədi keçmə cəhdlərinin qarşısını tamamilə alınacaq"

BAKI, 23 yanvar — Sputnik. "Rəsmi Bağdad bizə PKK-ya qarşı birgə hərbi əməliyyat təklif etdi". Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Türk əsgərləri Afrinin şimal-şərqindəki Barsaya dağında, 22 yanvar 2018-ci il
© REUTERS / Khalil Ashawi

İraq səfəri ilə bağlı jurnalistlərə geniş məlumat verən nazir bildirib ki, İraqın şimalındakı Şenqal bölgəsinə toplanan PKK terrorçularına qarşı yeni hərbi əməliyyat keçirilə bilər: "Bağdada səfərim zamanı Şenqal və Suriya sərhədində təhlükəsizliyin təmin olunması məsələsi gündəmə gəldi. İraq ordusu bu əraziləri nəzarətə götürməyi planlaşdırır. Türk ordusu ilə birgə hərbi əməliyyat aparmaq üçün bizə təklif verdilər".

"Əməliyyat gerçəkləşərsə, PKK-nın sərhədi keçmə cəhdlərinin qarşısı tamamilə alınacaq. Ehtiyac olarsa, biz də hər cür dəstəyi verərik. PKK-nın İraqdan tam təmizlənməsi üçün əlimizdən gələni edəcəyimizi bildirdik. Onlar da "Bu təhdidə qarşı əməkdaşlıq edək" təklifini verdilər" — M.Çavuşoğlu vurğulayıb.

Xatırladaq ki, türk ordusu 4 gündür PKK terror təşkilatının Suriyadakı qolu olan PYD-yə qarşı hərbi əməliyyata başlayıb. Suriyanın şimalındakı Afrin bölgəsində 15 kənd artıq PYD-dən geri alınıb.

968
Teqlər:
hərbi əməliyyat, təklif, PYD, PKK, Bağdad, İraq, Suriya, Mövlud Çavuşoğlu, Türkiyə, nazir
Əlaqədar
Vəlizadə: “Türkiyənin məqsədi təhlükəsizlik zolağı yaratmaqdır”
Türkiyədən ABŞ qarşısında sərt tələb: Silahlarını yığışdır
Rusiyadan Türkiyə açıqlaması: Yaxından izləyirik
PKK və İŞİD Türkiyəyə qarşı birləşdi
Ukrayna hərbçisi , arxiv şəkli

Stoltenberq: "NATO Ukraynanın tərəfindədir"

177
(Yenilənib 16:42 13.04.2021)
"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik".

BAKI, 13 aprel — Sputnik. NATO Ukraynanın tərəfindədir, müttəfiqlər Ukraynanın özünün təhlükəsizliyini təmin etməsi üçün dəstək göstərirlər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

"NATO-nun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyi dəyişməz olaraq qalır. Biz Krımın qanunsuz anneksiyasını tanımırıq, tanımayacağıq. Rusiyanı Ukraynanın şərqindəki silahlılara dəstəyi dayandırmağa, qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırırıq", - deyə Stoltenberq bildirib.

O əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsini yalnız alyansın 30 üzvü və Kiyev həll etməlidir, Rusiya buna qarışmamalıdır:

"Böyük dövlətlər digərlərinə nəyi etmələrini diktə edə bilməzlər. Biz bu dünyanı keçmişdə qoymaq istəyirik. Biz Ukraynanın modernləşmə və islahatlara istiqamətlənən səylərini dəstəkləyirik. İslahatlar sonrakı Avroatlantik inteqrasiya üçün ən yaxşı vasitədir".

Stoltenberq vurğulayıb ki, Rusiya təhlükəsizlik sahəsində digər ölkələrin əvəzinə qərar verə bilməz və bu, NATO-ya üzvlük məsələsinə də aiddir.

177
AstraZeneca peyvəndi, arxiv şəkli

"AstraZeneca" peyvəndinin daha bir yan təsiri ortaya çıxdı

370
(Yenilənib 16:03 13.04.2021)
Avropa Dərman Agentliyi sözügedən preparatın "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola biləcəyini açıqlayıb.

BAKI, 13 aprel — Sputnik. Koronavirusa qarşı işlənib-hazırlanan peyvəndlər arasında keyfiyyət baxımından ən çox müzakirə doğuran, qan laxtalanmasına səbəb olduğu üçün bir sıra ölkələrdə tətbiqinə fasilə verilən "Oxford/AstraZeneca" preparatının yeni yan təsiri ortaya çıxıb. Sputnik Azərbaycan bildirir ki, bu barədə "CNN Türk" Avropa İttifaqının (Aİ) əczaçılıq sahəsində tənzimləyici qurumu olan Avropa Dərman Agentliyinə (EMA) istinadla məlumat yayıb. Məlumatda bildirilir ki, "Oxford/AstraZeneca" peyvəndi "qaçış sindromu" adı ilə bilinən "sistematik kapilyar qan sızıntısı"na səbəb ola bilər. Agentlikdən artıq sözügedən peyvəndlə vaksinasiya olunmuş 5 nəfərdə bu sindromun müşahidə edildiyi də qeyd olunub.

"Qaçış sindromu" və ya "kapilyarlardan sistematik qan sızıntısı" zamanı adından da göründüyü kimi xırda damarların partlaması nəticəsində insanda qanın həcmi və təzyiqi aşağı düşür. Qan dövranı pozulduğundan, böyrəklər, beyin və qaraciyər toxumalarının oksigen və faydalı maddələrlə təchizatı pisləşir. Xəstəlik müalicə olunmasa, orqan çatışmazlığına və ölümə gətirib çıxara bilər.

Qeyd edək ki, Avropa Dərman Agentliyi "AstraZeneca"nın qanda laxtalanmaya səbəb olduğunu rəsmi şəkildə təsdiqləyib. Agentliyin səlahiyyətli nümayəndəsi Marko Kavaleri İtaliya mətbuatına bu barədə açıqlama verib. "Məncə, artıq bunu söyləyə bilərik: Açıq-aşkar qan laxtalanması ilə peyvənd arasında əlaqə var", – deyə o bildirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl bir sıra ölkələr, o cümlədən, Danimarka, İsveç, Almaniya, Fransa, İtaliya sözügedən preparatla vaksinasiya prosesini dayandırmışdı.

Avropa Dərman Agentliyinin direktoru Emer Kuk isə bu barədə açıqlama verərək bildirmişdi ki, "AstraZeneca" peyvəndi tamamilə təhlükəsizdir: "Bu, çox effektli və təhlükəsiz peyvənddir. Peyvəndin insanları koronavirusdan qoruması ilə bağlı faydaları ehtimal olunan risklərindən daha çoxdur".

Onu da qeyd edək ki, Azərbaycana gətirilən peyvənd preparatları arasında "AstraZeneca" da var.

 

370
Teqlər:
təsir, peyvənd, AstraZeneca
Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi

Xəstəliyi qəsdən yayan şəxslər saxlanılıb

0
(Yenilənib 16:49 13.04.2021)
Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

BAKI, 13 aprel — Sputnik. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 12-də respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 3 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

0