Türkiyədən ABŞ qarşısında sərt tələb: Silahlarını yığışdır

© AFP 2023 / NICHOLAS KAMM Bəkir Bozdağ
Bəkir Bozdağ - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyat bölgədə terror təşkilatları və sonuncu terrorçu təmizlənənə qədər davam edəcək

BAKI, 23 yanvar — Sputnik. Türkiyə hökumətinin sözçüsü və baş nazirin müavini Bəkir Bozdağ Afrin əməliyyatı ilə bağlı önəmli açıqlamalar verib. Sputnik AzərbaycanSozçü”yə istinadən xəbər verir ki, Bozdağ əməliyyatın “bölgədə terror təşkilatları və sonuncu terrorçu təmizlənənə qədər davam edəcək” deyib.

Çankaya Köşkündə Nazirlər Kabinetinin toplantısının bitməsindən sonra açıqlama verən baş nazirin müavini Türkiyənin keçirdiyi əməliyyatın beynəlxalq qanunlara uyğun olduğunu bildirib: “Bu əməliyyat kürdlərə qarşı deyil. Əməliyyat terror təşkilatlarına qarşıdır və davam edəcək”.

Bir çox məsələlərə toxunan Bozdağ ABŞ qarşısında sərt tələb səsləndirib. O, Dövlət Departamentinin əməliyyatla bağlı narahat olduğu barədə açıqlamasına belə münasibət bildirib: “Bir terror təşkilatı ilə mübarizə apararkən, başqa terror təşkilatı ilə münasibət qurmaq səhvdir. Dəfələrlə terror təşkilatına silah verməmələri uçun çağırış etdik. Birlikdə necə çalışacağımızı görmək üçün, silah verilməsini dayandırmalı və verdikləri silahları toplamalıdırlar. Bizə silahların geri alınacağı ilə bağlı dəfələrlə söz verilib. İşbirliyinin yolu bəllidir”.

Xəbər lenti
0