Belə də olur: Şarlatan-həkim xəstəni qabartma tozu ilə öldürdü

Abunə olmaq
İtaliyalı həkim ölən xəstəyə görə həbs edilib və 5 il 6 ay iş alıb

BAKI, 23 yanvar — Sputnik. Dünyada müalicəsi axtarılan ən ağır xəstəliklərdən biri də xərçəngdir. Bu xəstəliyi müalicə etmək üçün müxtəlif vasitələrdən istifadə edilir.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, bu dəfə qabartma tozu ilə xərçəngi müalicə etdiyini iddia edən Tullio Simoncini bir xəstənin ölümünə səbəb olub.

2012-ci ildə beyin xərçəngi diaqnozu qoyulan 27 yaşlı italiyalı Luka Ernesto Olivotto internetdə xəstəliyin müalicəsi ilə bağlı axtarış apararkən "Simoncini metodu" deyilən “müalicə növü” tapıb. Ernesto oxuyub ki, bu metod 70 faiz xəstələrə kömək edir və heç bir əlavə mənfi təsiri yoxdur. Beləliklə, o, müalicə almaq qərarına gəlib. Amma “müalicəyə” başlamasının ikinci günü xərçəngdən deyil, qabartma tozundan ölüb.

İtaliyalı həkim isə ölən xəstəyə görə həbs edilib və 5 il 6 ay iş alıb. Onun köməkçisi 2 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti
0