Soçi görüşü

Rusiyadan İraq Misirə gözlənilməz dəvət

227
(Yenilənib 10:51 23.01.2018)
Üç ölkə - Rusiya, Türkiyə və İran masada zamin ölkələr qismində çıxış edirlər

BAKI, 23 yanvar — Sputnik. Rusiya hökuməti İraq və Misir xarici işlər nazirlərini 29-30 yanvarda Soçi şəhərində keçiriləcək Suriya Milli Dialoq Konqresinə dəvət edib. Sputnik Azərbaycan bu barədə Suriyanın dövlət xəbər agentliyi olan "Sana"ya istinadən xəbər verir. Məsələ ilə bağlı rəsmi Bağdad və Qahirə açıqlama yayıb.

İraq Xarici İşlər Nazirliyinin facebook hesabından edilən şərhdə, "Suriya Milli Dialoq Konqresinə qatılmaq üçün Rusiyadan rəsmi dəvət aldıq" ifadələrinə yer verilib.

Bunun üçün Rusiyanın İraqdakı səfiri Sergey Maksimov xarici işlər naziri Sergey Lavrovun dəvət məktubunu İraq xarici işlər naziri İbrahim əl Cəfəriyə çatdırıb.

Oxşar açıqlama Misir Xarici İşlər Nazirliyindən də verilib.

"Rusiya Suriyadakı siyasi həll mexanizmlərini müzakirə etmək üçün rəsmi dəvət məktubu göndərib" — nazirlikdən bildirilib.

Qeyd edək ki, Soçi danışıqları artıq 1 ilə yaxındır ki, mərhələli olaraq aparılır. Üç ölkə — Rusiya, Türkiyə və İran masada zamin ölkələr qismində çıxış edirlər.

227
Teqlər:
Suriya Milli Dialoq Konqresi, Rusiya hökuməti, Soçi, Misir, İraq, dəvət, danışıqlar
Əlaqədar
Prezident İlham Əliyevə dəvət gəldi
Xalq artistimizin qızını Amerikaya dəvət edən erməni kimdir?
Ərdoğan İlham Əliyevi “Qüds toplantısı”na dəvət etdi
Azərbaycanlı müğənni Rusiyada konsert vermək üçün dəvət alıb
Bakıda tarixi sammit: İsrail niyə dəvətli deyil?