ABŞ bayrağı

ABŞ-dan müəmmalı addım: Avropada müharibə hazırlığı araşdırılır

159
(Yenilənib 16:45 22.01.2018)
Mövcud infrastrukturun müharibə dövrünün şərtlərinə nə dərəcədə uyğun gəldiyi və hərbi hazırlıq vəziyyəti öyrənilir

BAKI, 22 yanvar — Sputnik. ABŞ-ın Müharibə Logistika Agentliyi beş Avropa ölkəsinin — Belarus, Ukrayna, Moldova, Finlandiya və Polşanın mövcud infrastrukturunun müharibə dövrünün şərtlərinə nə dərəcədə uyğun gəldiyini və hərbi hazırlığının vəziyyətini öyrənir.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Pentaqonun zəruri hesab etdiyi bu təhqiqat müharibə dövründə və fövqəladə hallarda öz sənayesini şəraitə uyğunlaşdırmaq üçün bu ölkələrə hansı müxtəlif məhsulların logistika şəbəkələri və təchizat zəncirlərinin lazım olduğunu öyrənməyə xidmət edir.

Yekun hesabatda bu məlumatlar da əksini tapmalıdır: yerli və regional su və ərzaq mənbələri, yanacaq, dərman, sənaye avadanlıqları və geyim.

Pentaqonu, həmçinin tikinti materialları və texnika da maraqlandırır. Yuxarıda göstərilənlərlə yanaşı, hesabat yerli istehsal və səfərbərlik imkanları barədə məlumatları da əhatə etməlidir.

ABŞ, həmçinin sözügedən Şərqi Avropa ölkələrinin nəqliyyat infrastrukturu — limanlar, dəmir və avtomobil yolları, aeroportlar, körpülər və bərə keçidlər barədə də məlumat almağı planlaşdırır.

159
Teqlər:
loqistika, sənaye, müharibə, Pentaqon, Avropa, ABŞ
Əlaqədar
Avropanın mədəniyyət beşiyində qiyam başladı
Azərbaycanlı jurnalist Avropa ölkəsinə buraxılmadı
Avropa futbolunun həlledici oyununu keçirmək üçün 9 ölkə namizədliyini irəli sürdü
Avropa ölkəsinin baş naziri istefa verdi
Bolqarıstanın baş nazirindan Bakıda keçirilən Avropa Oyunları ilə bağlı etiraf
Amerikalı hərbçilər, arxiv şəkli

Kontingent böyüyür: ABŞ Polşa ilə hərbi əməkdaşlıq sazişi imzalayıb

3
(Yenilənib 21:32 15.08.2020)
Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

BAKI, 15 avqust — Sputnik. Vaşinqton və Varşava hərbi əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Amerika tərəfindən sazişə Dövlət katibi Mayk Pompeo, Polşa tərəfindən isə Milli Müdafiə naziri Mariuş Blaşak imza atıb.

Sənəd ötən il Vaşinqtonda prezidentlər Andjey Duda və Donald Trampın imzaladıqları bəyannamənin davamıdır.

Saziş xüsusilə Polşadakı Amerika hərbi kontingentinin sayının min nəfər artırılmasını, həmçinin ABŞ Quru qoşunlarının Beşinci korpusunun Komandanlığının respublikaya köçürülməsini nəzərdə tutur.

Hazırda Polşada beş minə yaxın Amerika əsgəri yerləşdirilib.

Sənəd imzalanarkən Duda bəyan edib ki, Polşa ilə ABŞ-ın hərbi əməkdaşlığı "Avropanın bizim yaşadığımız hissəsi üçün", xüsusilə Baltikyanı ölkələr və Ukrayna üçün təhlükəsizliyin gücləndirilməsi deməkdir.

3
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Aleksandr Lukaşenko: "Sən demə mən ölmüşəm"

12
(Yenilənib 20:36 15.08.2020)
Lukaşenko qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

BAKI, 15 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko respublikaya qarşı "təcavüz" baş verdiyini bildirib. O deyib ki, bu vəziyyətin inkişafı "artıq yalnız Belarus üçün" təhdid doğurmur.

"Biz dərinlikdə nə baş verdiyini görürük. Biz bunu çox yaxşı görürük", - Belarus prezidenti deyib.

O bildirib ki, "artıq xarici müdaxilənin elementləri ortaya çıxıb."

Prezident həmçinin qeyd edib ki, "Belarusun müdafiəsi" indi bütün İttifaq Dövlətinin müdafiəsidir və "belaruslular tab gətirməsə dalğa yayılacaq".

Dövlət başçısının dediyinə görə, küçələrdəki etirazçılar "nə etdiklərini bilmirlər" və işlərin real vəziyyətini onları "əlaqələndirən və istiqamətləndirən" şəxslər başa düşürlər. O, sosial şəbəkələrdə səhnələşdirilmiş kadrlardan və feyklərdən istifadə edildiyini vurğulayıb.

"Sən demə mənim artıq Moskvada hansısa evimi tapıblar. İndi açıq şəkildə demək istəyirəm: tapmısınız, götürün. Mənim Belarusda heç bir mülkiyyətim yoxdur, kənddə yaşadığım rəsmi iqamətgahdan başqa. Sən demə mən artıq srağagün ölkədən getmişəm, sən demə gah mən ölmüşəm, gah da xəstələnmişəm."

Avqustun 9-da respublikada prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, dövlət başçısı Aleksandr Lukaşenko səslərin 80,1 faizini, Svetlana Tixanovskaya isə 10,12 faizini toplayıb. Müxalifət bu nəticələri qəbul etməyib, Tixanovskaya isə Litvaya köçüb. Ölkədə altıncı gün icazəsiz etiraz aksiyaları keçirilir.

12
Axşam yeməyi, arxiv şəkli

Axşamlar ət yeməyin, yoxsa...

0
Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər.

BAKI, 15 avqust — Sputnik. Ət yeməklərinin həzm edilməsi üçün uzun zaman tələb olunduğuna və bədənin gecə normal istirahət etməsinə imkan vermədiyinə görə, axşam qida rasionundan çxarılmalıdır.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə dietoloq Natalya Kruqlova danışıb.

Ekspertin sözlərinə görə, donuz, mal, qoyun əti 4-5 saata həzm edilir.

Dietoloq həmçinin bildirib ki, yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz.

Artıq çəkili şəxslərə axşamlar bulqur şorbası, makaron və kartof yemək tövsiyə edilmir. Turşuya və duza qoyulmuş tərəvəzlər yemək üçün heç kimə faydalı deyil.

Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için.

0