Afrin əməliyyatı barədə maraqlı detal üzə çıxdı

© REUTERS / Murad Sezer/File PhotoТурецкий истребитель F-16, фото из архива
Турецкий истребитель F-16, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Baş Qərargahı: Afrindəki terrorçulara qarşı "Zeytun budağı" əməliyyatı başlayıb

BAKI, 20 yanvar — Sputnik. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı terrorçu qrupların Suriyanın Afrin bölgəsindəki mövqelərinin bombalanması ilə bağlı rəsmi açıqlama yayıb.

APA-nın verdiyi xəbərə görə, açıqlamada deyilir:

“Türk Silahlı Qüvvələri tərəfindən sərhədlərimizdə və bölgədə təhlükəsizlik və sabitliyi təmin etmək məqsədilə Suriyanın şimal-qərbindəki Afrin bölgəsində PKK-PYD-YPG və İŞİD-ə mənsub terrorçuların zərərsizləşdirilməsi, eləcə də dost və qardaş bölgə xalqını bunların zülmündən qurtarmaq üçün "Zeytun budağı” əməliyyatı başlayıb”.

Əməliyyatdan qısa müddət öncə Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Rusiya və ABŞ-dan olan həmkarları Valeri Gerasimov və Cozef Danford ilə telefon əlaqəsi saxlayıb. 

Xəbər lenti
0