Tramp “ən yaxşı saxta xəbər müəllifləri"ni açıqlayıb

© REUTERS / Kiyoshi Ota/PoolDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Siyahıya liderliyi "The New York Times" qəzetinin jurnalisti Pol Kruqman edir

BAKI, 19 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp Twitter səhifəsində maraqlı məlumat paylaşıb. Sputnik Azərbaycan Sözçü-yə istinadən xəbər verir ki, ABŞ prezidentinin paylaşdığı məlumatda keçən ilin "ən yaxşı saxta xəbər müəllifi mükafatı"nın qaliblərinin siyahısı var.

Siyahıya liderliyi "The New York Times" qəzetinin jurnalisti, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, fond bazarlarının Trampın hakimiyyətə gəlməsindən sonra heç vaxt özünə gələ bilməyəcəyini bəyan edən Pol Kruqman yer alıb.

İkinci pillədə "ABC News" və CNN-in xəbərləridir.

Xəbər lenti
0