Avropanın mədəniyyət beşiyində qiyam başladı

© AFP 2023 / Philippe LOPEZFleury-Merogis həbsxanası
Fleury-Merogis həbsxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Maraqlısı odur ki, eyni həbsxanada 3 gün əvvəl də problem yaşanmışdı

BAKI, 18 yanvar — Sputnik. Fransanın paytaxtı Parisin cənubundakı "Fleury-Merogis" həbsxanasında üsyan olub. Həbsxanada saxlanılan 120 məhbus kameralara qayıtmaqdan imtina edib. Sputnik xəbər verir ki, bu səbəblə polis əməliyyata başlayıb.

Həbsxana rəhbərliyi hər hansı ciddi hadisə yaşanmadığını, sadəcə olaraq məhbusların konkret olaraq nə tələb etdiyini bilmədiklərini söyləyib.

Maraqlısı odur ki, eyni həbsxanada 3 gün əvvəl də problem yaşanmışdı. Gözətçilər məhbusların onlarla pis rəftar etdiyini, işçi çatışmazlığını səbəb gətirərək aksiya keçirmişdi.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etmişdi.

Xəbər lenti
0