ABŞ Suriyadan çıxacağı tarixi açıqladı

© REUTERS / Jonathan ErnstReks Tillerson
Reks Tillerson - Sputnik Azərbaycan
Abunə olmaq
Tillerson: “ABŞ Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır”

BAKI, 18 yanvar — Sputnik. ABŞ İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır.

APA-nın verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

“Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz “Əl-Qaidə”nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı” — deyə R.Tillerson bildirib. 

Xəbər lenti
0