"Amerikanın bu bölgədə yeni dövlət yaratmaq məqsədi var"

© AFP 2023 / DHATürkiyə-Suriya sərhəddində hərbi texnika, 16 yanvar 2018-ci il
Türkiyə-Suriya sərhəddində hərbi texnika, 16 yanvar 2018-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"The New-York Times" qəzeti ABŞ-ın 2 ildir bölgəyə ciddi şəkildə sərmayə qoyduğunu və bu bölgənin əslində Suriyanın ən zəngin neft yataqlarına malik olduğunu yazdı

BAKI, 17 yanvar — Sputnik. ABŞ-da dərc olunan "The New-York Times" qəzeti ABŞ-ın Türkiyə sərhədində qurmağı planlaşdırdığı 30 min nəfərlik sərhəd qoruma qüvvələrinin regionda narahatlıq ilə qarşılandığını yazarkən bu addımın Suriyanın daha çox parçalanmasına yol aça biləcəyi şərhini edib.

Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, qəzet ABŞ-ın Suriyadakı əsl hədəfini də aşkar edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarlı bir şəkildə Afrinə girəcəklərini söyləməsindən sonra Amerika mətbuatında çıxan xəbərdə 2 ildir ki, bölgəyə mühüm investisiyalar qoyulduğuna diqqət çəkilib.

"Amerika 2 ildir bölgəyə ciddi bir şəkildə investisiya qoyurdu. İndi bir dövlət yaratmaq məqsədi var. Bu bölgə əslində Suriyanın ən zəngin neft yataqlarına sahibdir" — qəzetdə yazılıb.

Xəbər lenti
0