Hindistanda inək

Məhbuslar inəklərlə eyni kameraya salınacaq

267
(Yenilənib 14:30 17.01.2018)
"İnəklər ona qulluq edən insana təsir etməyi bacarır"

BAKI, 17 yanvar — Sputnik. Hindistanda məhbuslar "sehirli gücü" olan inəklər vasitəsilə reabilitasiya olunacaqlar. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, bu ölkənin Xaryana ştatında Heyvanların Müdafiəsi Komissiyası yarım milyon dollar xərcləyərək 600 inək alıb.

Bu inəklər 6 həbsxanada məhbuslarla birgə yaşayacaq. Komissiyanın rəhbəri bildirib ki, inəklərin köməyi ilə cinayətkarlar kriminal aləmdən uzaqlaşacaqlar: "İnəklər Hindistan cəmiyyətinin bir hissəsidir. İnəklər ona qulluq edən insana təsir etməyi bacarır".

Hindistanda inanc var ki, inəklər, hətta xərçəng, şəkərli diabet və asma xəstəliklərini müalicə edir.

267
Teqlər:
məhbus, inək, Hindistan
Əlaqədar
"İnəklər bizim anamızdır" deyərək insanları döydülər
Azərbaycanda inək üç nəfərin faciəli şəkildə ölümünə səbəb oldu
İnək 4 nəfəri öldürdü
İnəklər ticarət mərkəzini "işğal etdi"
Bütün dünya inəkdən danışır