Türkiyəyə aid hərbi texnika Suriya ilə sərhədə doğru hərəkət edir

Türkiyə sərhədə belə qoşun toplayır FOTOLAR

80
(Yenilənib 09:57 17.01.2018)
Sərhəd bölgəsinə onlarla TIR-ın dolu daxil olub, boş çıxdığı müşahidə edilir

BAKI, 16 yanvar — Sputnik. ABŞ-ın Suriya-Türkiyə sərhədində YPG (PKK-nın Suriya qolu) üzvlərindən ibarət 30 min nəfərlik polis gücü yerləşdirəcəyi barədə məlumatdan sonra sərhəddə hərəkətli günlər yaşanır. Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, Vaşinqtonun bu açıqlamasından sonra ABŞ-ın Ankara səfirliyinin nümayəndəsi Xarici İşlər Nazirliyinə çağırılıb və Türkiyənin şimalda belə orduya qarşı olduğu bildirilib.

  • Türkiyəyə aid hərbi texnika Suriya ilə sərhədə doğru hərəkət edir
    Türkiyəyə aid hərbi texnika Suriya ilə sərhədə doğru hərəkət edir
    © Photo : Sözcü

1 / 9
© Photo : Sözcü
Türkiyəyə aid hərbi texnika Suriya ilə sərhədə doğru hərəkət edir

Prezident Rəcəb Tayyib Ərdoğan da iki gündür ki, PYD-nin əlində olan Afrində əməliyyat keçiriləcəyi barədə mesajlar verir. Ərdoğan bu gün partiyanın qrup iclasında da Afrin əməliyyatı barədə xəbərdarlıq edib.

Artıq Türkiyə ABŞ-ın bölgədə gərginliyi artıran açıqlamasını önləmək üçün əməli fəaliyyətə başlayıb. Bir neçə gündür ki, əsgəri personalı və tankları daşıyan hərbi vasitələr Suriya sərhədinə istiqamətlənib. Sərhəd bölgəsinə onlarla TIR-ın dolu daxil olub, boş çıxdığı müşahidə edilir.

80
Teqlər:
tank, qoşun, YPG, sərhəd, Türkiyə
Əlaqədar
Türkiyə müdafiə nazirinin səfəri zamanı ajiotaj
Türkiyə ordusunun ildırımsürətli əməliyyat planı açıqlandı
Türkiyə beynəlxalq koalisiyaya bir həftə vaxt verdi
Türkiyəyə arxadan zərbə: ABŞ sərhədə PKK qüvvələri yerləşdirir
Türkiyədə içində 168 nəfər olan təyyarə qəzaya uğradı - VİDEO
Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi
 Donald və Melaniya Tramp, arxiv şəkli

Tramp seçkilərin nəticəsini dəyişmək üçün naziri işdən qovmaq istəyirmiş

7
Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb.

BAKI, 23 yanvar - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp vəzifədə olduğu son həftələr ərzində Corciya ştatında prezident seçkilərinin nəticələrini dəyişmək üçün ədliyyə naziri vəzifəsini icra edən şəxsi daha loyal biri ilə əvəz etmək istəyirmiş. Bu barədə New York Times öz mənbələrinə istinadən xəbər verir.

Qəzetin məlumatna əsasən, Ədliyyə nazirliyinin işçilərindən biri olan Ceffri Klark Trampla birlikdə Ceffri Rozenin ədliyyə naziri vəzifəsini icra edən postundan kənarlaşdırılması barədə plan hazırlayıb. Planın səbəbi Rozenin Corciya ştatındakı seçki nəticələrini dəyişmək üçün Trampın xahişlərinə rədd cavabı verməsi imiş.

Mənbənin bildirdiyinə görə, Ədliyyə nazirliyinin işçilərinin Rozenin kənarlaşdırılacağı təqdirdə kütləvi surətdə istefa vermək istəyi Trampı niyyətindən daşındırıb. Öz növbəsində Ceffri Klark belə bir planda iştirakını təkzib edib. Tramp isə şərh verməkdən imtina edib.

Ötən ilin noyabr ayında keçirilmiş seçkilərdən sonra Tramp qalib gəldiyini bildirərək, seçkilərinin nəticəsini məhkəmə yolu ilə dəyişmək istəyib. Lakin seçənlər Co Baydeni prezident elan ediblər. Co Baydenin andiçməsi yanvarın 20-də keçirilib.

7
Rio-de-Janeyroda karnaval, arxiv şəkli

Koronavirus bu əyləncəni əlimizdən aldı

15
(Yenilənib 00:26 23.01.2021)
"Mən heç vaxt bu mədəniyyət hadisəsinə marağımı və onun iqtisadi baxımdan şəhərimiz üçün nə qədər əhəmiyyət daşıdığına olan inamımı gizlətməmişəm".

BAKI, 23 yanvar — Sputnik. Braziliyanın Rio-de-Janeyro şəhər rəhbərliyi 2021-ci ildə məşhur karnavalın keçirilməsini təxirə salıb. RİA Novosti bildirir ki, bu barədə şəhərin meri Eduardu Pais Twitter-də məlumat verib.

Qeyd edək ki, sentyabr ayında Rio-de-Janeyro karnavalının təşkilatçıları koronavirus səbəbindən tədbirin 2021-ci ilin fevral ayınadək təxirə salınması ilə bağlı qərar qəbul etmişdi. Noyabr ayında isə Samba Məktəbləri Liqası təklif etmişdi ki, əgər əhalinin peyvənd olunması sahəsində irəliləyiş əldə olunarsa, karnaval iyulda keçirilsin.

"Mən heç vaxt karnavala marağımı və bu mədəniyyət hadisəsinin iqtisadi baxımdan şəhərimiz üçün nə qədər əhəmiyyət daşıdığına olan inamımı gizlətməmişəm. Bununla belə, hazırda iyul ayında karnavalı keçirə biləcəyimizi düşünməyin heç bir mənası yoxdur", – deyə Pais yazıb.

Rio-de-Janeyro merinin sözlərinə görə, karnaval böyük hazırlıq işi tələb edir ki, indi bunu reallaşdırmaq mümkün deyil.

Rio karnavalı hər samba məktəbinin öz kompozisiyası ilə çıxış etdiyi rəngarəng keçid paradıdır. Karnavalı çempionlar paradı tamamlayır. Tədbir çərçivəsində gözəllik müsabiqələri, maskaradlar və əlbisə yarışları da keçirilir.

Qeyd edək ki, dünyada Braziliya COVID-19 pandemiyasından ən çox əziyyət çəkmiş ölkələrdən biridir. Son məlumatlara əsasən, bu ölkədə 8 milyon 697 min 368 yoluxma halı qeydə alınıb, 214 min 147 nəfər isə dünyasını dəyişib.

15
Stetoskop, arxiv şəkli

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır

0
Koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

BAKI, 23 yanvar — Sputnik. "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi hazırlanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Parlamentin Səhiyyə Komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.

Yaz sessiyasında koronavirus (COVİD-19) infeksiyası ilə bağlı ölkədəki vəziyyət və görülən tədbirlər barədə, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar normativ-hüquqi aktlara dəyişikliklərin edilməsinə dair, optika və optikaçılıq, ürək-damar sistemi xəstəlikləri ilə bağlı  dinləmələrin keçirilməsi planlaşdırılıb.

Sessiya ərzində Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələrinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi layihələrin müzakirəsi nəzərdə tutulub.

0