Fikri İşık

Türkiyə müdafiə nazirinin səfəri zamanı ajiotaj

155
(Yenilənib 16:07 16.01.2018)
Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb

BAKI, 16 yanvar — Sputnik. Türkiyədə 16 yanvar Mətbuat Günü münasibətilə Kocaeli şəhərinə səfər edən baş nazirin müavini, müdafiə naziri Fikri İşıkı müşayiət edən avtomobil karvanının hərəkət istiqamətində yola yerləşdirilən şübhəli bağlama tapılıb. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, bağlama təhlükəsizlik səbəbilə polis nəzarətində partladılıb.

Yolda şübhəli bağlama olduğunu polisə vətəndaşlar xəbər veriblər. Hadisə səbəbilə polis magistral yolu müvəqqəti olaraq avtomobillərin gediş-gəlişinə bağlayıb. Çanta partladılandan sonra içərisindən paltarlar çıxıb.

155
Teqlər:
müdafiə naziri Fikri İşık, Türkiyə, bağlama
Əlaqədar
Türkiyə Suriya sərhəddinə hava hücumundan müdafiə sistemi quraşdırdı
Zakir Həsənov Fikri İşıka başsağlığı verib