SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğandan ABŞ-a: Ayaqları kirli olan bəziləri...

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın, əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub

BAKI, 15 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada fabrik açılışında çıxış edib. Sputnik Türkiyə xəbər verir ki, Suriyanın şimalında yaşananlara dair açıqlama verən Ərdoğan ordunun hər an yeni hərbi əməliyyat başlada biləcəyini deyib:

"Ayaqları kirli olan bəziləri sərhədin o biri tərəfindən bizə barmaq sallayır. Təpənizə qonacağıq. Dünyanızı başınıza yıxacağıq. İndi toplarla vururuq, hazırlaşın, hərbi əməliyyat hər an başlaya bilər".

"Nə olur olsun, bizi dayandıra bilməzlər. Qoy bunu bilsinlər. Bəziləri bizə mesaj verməyə çalışır. Türkiyə yerini bilsin deyirlər. Amma biz Türkiyəyik. Çadır dövləti deyilik. Bu millət külündən doğulan bir millətdir. Bu millət tarix yazan millətdir. PYD, YPG, İŞİD, istərsə hamınız gəlin. Məhv edəcəyik" — Türkiyənin dövlət başçısı vurğulayıb. 

Танк ВС Турции в деревне Эсме в провинции Алеппо, Сирия, фото из архива - Sputnik Azərbaycan
Türkiyə Suriya ilə sərhədə qoşun yeritdi

Qeyd edək ki, Amerika Birləşmiş Ştatlarının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın əsas hissəsini PYD-nin təşkil etdiyi 30 minlik ordu yaratmaqla bağlı qərarı Türkiyədə ciddi narahatlığa səbəb olub. Koalisiyanın yeni qərarına əsasən, PKK terror təşkilatının Suriyadakı qolu kimi tanınan PYD, Suriya Demokratik Qüvvələri adı altında ölkə sərhədlərini mühafizə etməlidir.

Rəsmi Ankara sözügedən planın reallaşmasına imkan verməyəcəklərini açıqlayıb. Bununla bağlı şəxsən prezident Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

"Amerikaya səslənirəm. Siz kimi aldadırsınız? PYD terror təşkilatını Suriya Demokratik Qüvvələri adı iləmi meydana çıxarırsınız? "Fərat Qalxanı" əməliyyatında olduğu kimi, bir gecə qəfildən Afrinə girə bilərik. Əgər PYD Afrini, Münbiçi boşaldıb Fərat çayının şərqinə çəkilməsə, 1 həftəyə nələr edəcəyimizi görəcəksiniz" — Ərdoğan vurğulayıb. 

Əl Bab - Sputnik Azərbaycan
PYD terror təşkilatı Menbiçi bütövlükdə təslim etməyəcəyini açıqlayıb

ABŞ-ın PYD döyüşçülərindən ibarət ordu yaratmaqla bağlı planı barədə beynəlxalq koalisiyanın mətbuat katibi Tomas Vil açıqlama verib. Bu planın İŞİD-lə mübarizə çərçivəsində hazırlandığını deyən Vil bildirib ki, yaradılacaq ordunun əsas vəzifəsi Suriyanın İraq və Türkiyə ilə sərhəd bölgələrini və Fərat çayının ətrafını mühafizə etməkdir.

Xatırladaq ki, rəsmi Ankara PYD-ni PKK terror təşkilatının Suriyadakı qolu hesab edir. 

Xəbər lenti
0