Часы

Bu maraqlıdır: Doğulduğumuz saat gələcək həyatımıza necə təsir edir?

111
(Yenilənib 10:29 15.01.2018)
Hər bir insanın doğulduğu saat taleyinə müvafiq olaraq təsir göstərir

BAKI, 14 yanvar — Sputnik. Doğulduğumuz saat gələcək həyatımızı və xarakterimizi müəyyən edir. Sputnik Azərbaycan publik.az-a istinadla xəbər verir ki, hər bir insanın doğulduğu saat taleyinə müvafiq olaraq təsir göstərir.

Astrologiyada 2 saat olmaqla günü 12-yə bölmək qəbul edilib.

Simsonlar filmindən kadr
© Photo : 20th Century Fox Animation (1989 - ...)

00:00-02:00
Bu saatları Merkuri himayə edir. Bu adamlar adətən məktəbdə və institutda əlaçı olurlar. Onlar gözəl təşkilatçılıq və ya analitik qabiliyyətə malikdirlər. Adətən yaşlarından daha cavan görünürlər. Onların işi ictimai əlaqələrlə bağlı ola bilər. Sevgi münasibətlərində bu insanlar ya həddən artıq açıq, ya da əksinə çox qaradinməz olurlar.

02:00-04:00
Bu saatda doğulan insanlar Venera himayəsi altındadır. Bu insanlar pul hesabını çox yaxşı bilir. Onlar inanılmaz dərəcədə çalışqan insanlardır. Öz evində rahatlığı çox qiymətləndirirlər. Hər şeyi öz əlləriylə hazırlamağı sevirlər. Müxtəlif incəsənət növləri və musiqi ilə maraqlanırlar. Moda tendensiyalarını həmişə izləyirlər. Onlar sevgidə sədaqət və qayğıkeşliyi yüksək qiymətləndirirlər.

04:00-06:00
Bu adamları Mars idarə edir. Onlar digər insanlardan kəskin şəkildə fərqlənir. Çünki bu saatlarda dünyaya gələn kəslər həqiqətən də çox müstəsna və parlaq şəxsiyyətdir. Aqressiv ola bilərlər, lakin onlarla heç vaxt darıxdırıcı olmur. Sevgidə güclü və iradəli insan axtarırlar. Karyerada əla nəticələr qazanırlar.

06:00-08:00
Neptun bu insanlara himayədarlıq edir. Çox vaxt bu saatda doğulan insanlar dindar və ya ruhani olurlar. Onlar dərin xarakterə malikdirlər, hər şeyi və hamını başa düşürlər. Bu səbəbdən də özlərinə uyğun peşə seçməkdə çətinlik çəkirlər. Sevgi münasibətlərində tez-tez gözlənilməz və qəribə hərəkətlər edirlər.

08:00-10:00
Bu saatda dünyaya göz açanları Uran planeti idarə edir. Çox xoş və xeyirxah insanlardır, çoxlu dostları olur. Onlar istənilən şirkətin qeyri-rəsmi liderləridir. Bu insanlar göstərişi qəbul etmilər. Onlar nə baş verməsindən asılı olmayaraq hər zaman həqiqət tərəfdarıdırlar.

10:00-12:00
Bu insanlar Saturunun himayəsi altında yerləşirlər. Onlar cəmiyyətdə böyük nüfuza malikdirlər, karyeralarında da çox uğurludurlar. Onlara rəhbər vəzifələr çox yaraşır. Şəxsi həyatda təkdirlər, çünki hər zaman karyeraları ilə məşğul olurlar. Sevgidə sadiq və diqqətlidirlər.

12:00-14:00
Bu saatlarda dünyaya gələn insanlar Yupiterin himayəsindədirlər. Qəribədir ki, bu insanlar ən yaxşı şagird olmasalar da, çox yaxşı müəllimdirlər. Dostları və yaxınları məsləhət üçün tez-tez onlara müraciət edir. Professor olmaq bu insanlar üçün çox asandır. Səyahəti sevirlər. Sevgidə qeyri-adi və ya ekzotik münasibətlərə üstünlük verirlər.

14:00-16:00
Bu insanlar Plutonun himayəsi altında yerləşirlər. Onlar tez-tez ətrafdakı insanlara kömək və dəstək göstərir, həmçinin istənilən vəziyyəti qabaqcadan görmək bacarığı ilə seçilirlər. Sevgi münasibətlərində seksual tərəf müqabillərinə üstünlük verirlər, çünki özləri də çox seksualdırlar. İş yerində isə hamı çalışır ki, onlarla dostluq etsin.

16:00-18:00
Bu insanlar Veneranın himayəsi altındadırlar. Onlar ətrafdakıların gözündə çox cəlbedicidirlər. Bu adamların ya inanılmaz dərəcədə bəxti gətirir, ya da çox uğursuz olurlar. Ümumilikdə çox romantik insanlardır. Sevgi münasibətlərində nə istədiklərini yaxşı bilirlər, Zoluşka onların ən sevimli nağılıdır. Onlar ideal həyat yoldaşıdırlar.

18:00-20:00
Onları Merkuri himayə edir. Bu insanların həyatında ən önəmli şey sağlamlıq və işdir. Onlardan bəziləri düzgün qidalanma və pəhrizi sevir, ümumiyyətlə sağlam həyat tərzi və dərmanlar barədə hər şeyi bilirlər. Bu saatlarda dünyaya gələn insanların çoxu həkim və ya tibbi təhsillidirlər. Digərləri ya geymer (müntəzəm olaraq kompüter oyunları oynayan şəxs) və ya proqramçı olur.

20:00-22:00
Günəş özü bu insanlara himayədarlıq edir. Onlar üçün yol həmişə işıqlıdır. Ehtiras, sevgi və uşaq onların həyatında mühüm yer tutur. Onlar anadan olduğu gündən etibarən incəsənətə meyilli olurlar. Tez aşiq olan insanlardır. Demək olar ki, özlərini əsl kino ulduzu kimi aparırlar. Onların münasibətlərində ehtiras həmişə birinci yer tutur.

22:00-00:00
Bu saatlarda dünyaya gələn insanlara Ay himayədarlıq edir. Onlar ətrafdakılara çox həssaslıqla yanaşırlar. Onlar hamıya həmişə qayğı göstərirlər. İnsanlar üzərində böyük hakimiyyətə malik ola bilərlər. Onlar üçün ailə müqəddəsdir. Həmişə ailə yaratmağa çalışır və ailə başçısı olmaq istəyirlər.

111
Teqlər:
təsir, tale, doğum, gələcək, saat
Əlaqədar
Ərdoğanın 5 aydır qolundan çıxarmadığı saatın sirri
Nə üçün 8 saatdan çox yatmaq olmaz? Səbəbi maraqlıdır
Üç saat nəfəs dərmədən eyni vəziyyətdə...
O, 24 saat yaşayır, sonra öldürür
Bu gecə Azərbaycanda saatların əqrəbi geri çəkiləcək?
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0