İranda etirazlar, 30 dekabr 2017-ci il

İranda toqquşmalarda 25 nəfər ölüb

44
(Yenilənib 19:57 14.01.2018)
Bundan əvvəl 22 nəfərin öldüyü, 450 nəfərin tutulduğu bildirilirdi

BAKI, 14 yanvar — Sputnik. İran məhkəmə hakimiyyəti bir neçə gün öncə ölkədə baş verən toqquşmalarda ölənlərin sayını açıqlayıb. Sputnik Azərbaycan Press TV-yə istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, 25 nəfər ölüb, 400 nəfər həbs edilib.

Qeyd edək ki, bundan əvvəl 22 nəfərin öldüyü, 450 nəfərin tutulduğu bildirilirdi.

Xatırladaq ki, ötən ilin dekabrın 28-dən başlayaraq İranın Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərində sosial xarakterli kütləvi aksiyalar keçirilib. İran hakimiyyəti aksiyaların yanvarın 3-də başa çatdığını elan edib.

44
Teqlər:
tutulan, ölən, toqquşma, etiraz, İran, aksiya
Əlaqədar
İran tankerinin 32 nəfərlik heyəti diri-diri yanıb
ABŞ İrana “sonuncu şans” verdi
Donald Trampdan İrana qarşı sərt ittiham
İnqilab olmayacaq: Niyə İran cənubi azərbaycanlılar üçün dəyərlidir?
ABŞ-dan yeni İran açıqlaması
Aeroportda, arxiv şəkli

Avropaya gedənlərdən vaksin sertifikatı tələb olunacaq

9
(Yenilənib 01:29 26.02.2021)
Koronavirusdan peyvənd olunmayanlar üçün bir neçə aydan sonra Avropa ölkələrinə səfər etmək qəliz məsələyə çevrilə bilər. Çünki bunun üçün xüsusi pasport tələb olunacaq

BAKI, 26 fevral - Sputnik. Avropa İttifaqı ölkələrinin liderləri peyvənd olunma haqda elektron sertifikatların tətbiqi barədə razılığa gəliblər.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Almaniya Kansleri Angela Merkel koronavirus üzrə iclasdan sonra deyib. 

O bildirib ki, peyvənd olunmanı təsdiq edən sənəd üçüncü ölkələrdən olan vətəndaşların Aİ-yə gəlməsində əsas sənədlərdən biri ola bilər. 

"Texniki məsələləri işləyib hazırlamaq üçün Avropa Komissiyasına təxminən üç ay gərək olacaq", - Merkel əlavə edib. 

Kansler izah edib ki, əvvəlcə belə sertifikatları üzv ölkələr işləyib hazırlayacaq, Avrokomissiya isə onları uyğunlaşdıracaq və beləliklə o, ittifaqın bütün ölkələrində istifadəyə yararlı olacaq.

Sammitin yekunlarına dair birgə bəyannamədə Avropa ölkə və hökumətlərinin rəhbərləri qeyd ediblər ki, vaksinlərin təsdiqlənməsi ilıə istehsalının sürətləndirilməsi barədə də razılığa gəliblər.

9
Teqlər:
Angela Merkel, sertifikat, vaksinasiya, COVID-19, epidemiya, Koronavirus, Avropa İttifaqı, Avropa
Mövzu:
Yeni tip koronavirus pandemiyası
Müğənni, arxiv şəkli

Analar üçün: üç ölkənin məşhurları bir araya gəldilər - VİDEO

15
(Yenilənib 23:20 25.02.2021)
Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar - Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

BAKI, 25 fevral — Sputnik. Türkiyəli müğənni Adil Karaca yeni "Mənim anam" adlı klipini təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, ekran işi Rusiya, Türkiyə və Azərbaycanda çəkilib. Klipdə Rusiyanın Xalq artisti Valeriya, türkiyəli müğənni Alişan və yerli məşhurlar Əməkdar artist Ədalət Şükürov, müğənni Zamiq Hüseynov və teleaparıcı Afaq Gəncəli yer alıblar.

Klipin rejissorları Ruslan Ağayev və Murad Aygördür. Adil Karacanın "Mənim anam" adlı mahnısı musiqi platformalarında "Zhara Music" leyblı altında təqdim olunub.

15
Teqlər:
video, məşhurlar, Azərbaycan, Türkiyə, Rusiya, ana, musiqi
Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində, arxiv şəkli

Ruhlar ölməz, ədalət itməz - İlham Əliyevdən Xocalı paylaşımı

0
(Yenilənib 10:21 26.02.2021)
Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı rəsmi "Facebook" hesabında paylaşım edib.

BAKI, 26 fevral — Sputnik. Prezident İlham Əliyev Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib. Sputnik Azərbaycan-ın məlumatına görə, dövlət başçısının paylaşımı rəsmi "Facebook" hesabında yayımlanıb.

Qeyd edək ki, erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücuma keçiblər.

Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

0