Lionel Messi

Fantastik məbləğ açıqlandı: Messi qədər qazanır?

359
(Yenilənib 14:17 13.01.2018)
O, illik məvacibi 100 milyon avrodan çox olan ilk futbolçu olub

BAKI, 13 yanvar — Sputnik. “Barselona” futbol klubunun hücumçusu Lionel Messinin maaşı açıqlanıb. Sputnik Azərbaycan “Football Leaks”a istinadən xəbər verir ki, o, illik məvacibi 100 milyon avrodan çox olan ilk futbolçu olub.

Qeyd edilir ki, yeni müqaviləyə əsasən, argentinalı vergilər çıxılmamış ildə 104 milyon alacaq. Bu, futbol tarixində görünməmiş məbləğdir. Vergilər çıxılandan sonra Messinin məvacibi 50 milyondan azacıq çox olacaq. Fransanın PSJ klubunda çıxış edən braziliyalı Neymar təmiz 36,8 milyon alır. 2018-ci ilin yanvarına kimi Çinin “Şanxay Şenxua” klubunda çıxış edən argentinalı Karlos Teves isə 38 milyon alırmış.

İmic gəlirləri, imza bonusu və loyallıq bonusu ilə bir yerdə Messinin illik gəliri 104 milyon avro təşkil edir.

Lionel Messi “Barselona”nın əsas heyətində 2004-cü ildən çıxış edir. O, 8 dəfə İspaniya çempionu, 5 dəfə İspaniya kubokunun qalibi, 4 dəfə Çempionlar Liqasının qalibi olub. Bundan əlavə, Messi 5 dəfə “Qızıl top”u alan ilk futbolçudur.

359
Teqlər:
"Qızıl top", "Barselona" futbol klubu, məvacib, gəlir, Lionel Messi
Əlaqədar
Messi Ardaya salam vermir, çünki...
Messinin qardaşı niyə həbs olunub? — FOTO
Rəşad Sadıqov Messi ilə bir komandada
Messi toy edir: 260 təyyarə qonaq gələcək
Messi Argentina yığmasını tərk etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Azərbaycanın yanında olduğumuz üçün günahlandırıldıq"

2
“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var".

BAKI, 25 oktyabr - Sputnik. “Qafqazda öz ərazilərini müdafiə edən azərbaycanlı qardaşlarımızın yanında olduğumuz üçün suçlandırıldıq”.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İndi eşidirəm ki, bəzi amerikalılar çıxıb İlham qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik, Ərdoğan var, Türkiyə var. Və? Biz Türkiyəyə də, yeri gələrsə, sanksiya tətbiq edəcəyik. Sən kiminlə rəqs etdiyinin fərqində deyilsən! Sanksiyan nədirsə, gecikmə, et!”, - o vurğulayıb.

2
İtaliyada epdimioloji vəziyyət

İtaliyada sabahdan yeni qadağalar tətbiq olunacaq

8
İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

BAKI, 25 oktyabr - Sputnik. İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla məlumat verir ki, bu gün İtaliya Baş Nazirinin Mətbuat xidməti tərəfindən açıqlanan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

Restoran və barlar işə davam edəcək, lakin vaxt məhdudiyyəti ilə - axşam saat 6-dək.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

8