Президент США Дональд Трамп, фото из архива

Səfir Trampa etiraz olaraq istefa verdi

30
(Yenilənib 14:02 13.01.2018)
ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb

BAKI, 13 yanvar — Sputnik. ABŞ-ın Panamadakı səfiri Con Filey prezident Donald Trampın bəzi Latın Amerikası və Afrika ölkələrini nəzərdə tutaraq işlətdiyi "iyrənc ölkələrdən gəlirlər" ifadəyə etiraz olaraq istefa verib. Sputnik Azərbaycan teleqraf.com-a istinadən xəbər verir ki, Filey ABŞ XİN-ə təqdim etdiyi istefa ərizəsində bundan sonra Tramp administrasiyasına xidmət etməyəcəyini bildirib.

ABŞ XİN isə Fileyin şəxsi səbəbdən təqaüdə çıxdığını açıqlayıb.

C.Filey Barak Obamanın prezidentliyi dövründə — 2015-ci ildə Panamaya səfir təyin edilmişdi.

Qeyd edək ki, Tramp Ağ Evdəki toplantıda "Nə üçün bu iyrənc ölkələrdən insanların bura gəlməsini istəyək? Norveçdən daha çox miqrant qəbul etməliyik", — deyə bildirib.

30
Raket buraxılışı, arxiv şəkli

Rusiya ABŞ-ın Avropadakı hipersəsli raketlərlə bağlı açıqlamasına cavab verdi

16
(Yenilənib 16:14 29.10.2020)
"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur"

BAKI, 29 oktyabr — Sputnik. Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ milli təhlükəsizlik müşaviri Robert O'Brayenin Rusiyanı cilovlamaq üçün Avropada hipersəs silahları və ballistik raketlər yerləşdirməyə hazır olduqlarına dair açıqlamasına reaksiya verib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfir bu addımın Avropada raket silahlanma yarışının başlamasına rəvac verəcəyini bildirib.

"Bu cür niyyətlər regional və qlobal təhlükəsizlik balansının pozulmasına şərait yaradır və qarşıdurma potensialının artmasına səbəb olur. Əgər Vaşinqton həqiqətən "silahlanma üzərində real nəzarət"də maraqlıdırsa, o zaman Avropa qitəsində raket silah yarışının eskalasiyasına ehtiyac yoxdur", – deyə Antonov səfirliyin "Facebook" səhifəsində yayımlanan şərhdə bildirib.

Diplomat Prezident Vladimir Putinin Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında Müqavilənin (INF) deeskalasiyası vəziyyətində irəli sürdüyü təklifləri "konstruktiv alternativ" adlandırıb.

"Rusiya Avropa qitəsində və dünyanın digər bölgələrində yeni bir raket silahlanma yarışının qarşısını almaq üçün xarici tərəfdaşlarla ortaq səylər göstərməyə hazırdır", – deyə Antonov bildirib.

Qeyd edək ki, INF Müqaviləsi qlobal strateji sabitliyi təmin etmək məqsədi daşıyırdı. 2019-cu ilin avqust ayında ABŞ Rusiyanı qadağan edilmiş 9M729 raketini hazırlamaqda və sınaqdan keçirməkdə günahlandıraraq müqavilədən çıxıb. Moskva isə bəyan edib ki, o, yolverilən radiusda – 500 kilometrdən qısa məsafədə hərəkət icazəsinə sahibdir.

Xatırladaq ki, oktyabrın 26-da Vladimir Putin INF Müqaviləsi başa çatması fonunda gərginliyi azaltmaq üçün müəyyən addımlar atmağı təklif edib. Rusiya lideri qarşılıqlı razılaşma prinsipinə əsaslanan nəzarət mexanizmlərinin işlənib-hazırlanmasının vacibliyini vurğulayıb.

16
 COVİD-19-da ölən şəxs, arxiv şəkli

Rusiyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb 366 ölü

12
(Yenilənib 15:15 29.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb

BAKI, 29 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 17717 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 366 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1581693-ə çatıb. Rusiyada pandemiya yayılandan 27301 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 14740-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 44,4 milyonu keçib, 1,17 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

12
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Kritik vəziyyət: Gürcüstanda 20, Ermənistanda 29 nəfər koronavirusdan öldü
Koronavirusa yoluxma insanı 10 yaş qocaldır, həmçinin...
Alimlər koronavirus zamanı karantin rejiminin tətbiq olunmasına qarşı çıxdılar
Koronavirus daha tez öldürməyə başlayıb
Bill Qeyts koronavirusa qalib gəlməyin yeganə yolunu açıqladı

İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış üçün xüsusi rejim tətbiq ediləcək

0
Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimini tətbiq edəcəklər.

BAKI, 29 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdə giriş-çıxışın xüsusi rejimini tətbiq edəcəklər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərmanında yer alıb.

0