Папа Франциск в Милане

Papanın sirk sevgisi ciddi qınağa səbəb oldu

27
(Yenilənib 16:56 12.01.2018)
Papa Fransisk daha əvvəl də sirki ziyarət etmiş, onun üçün hazırlanmış tamaşanı izləmişdi

BAKI, 12 yanvar — Sputnik. Katolik xristianların ruhani lideri Papa I Fransisk İtaliyada yaşayan iki minə yaxın evsizi və qaçqını sirk nümayişinə dəvət edib. Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, onun bu dəvəti heyvan haqları müdafiəçilərini narahat edib.

Onlar iddia edirlər ki, heyvanlar insanların əyləncəsi olmamalıdır.

Məsələ ilə bağlı Vatikandan hər hansı açıqlama verilməyib.

Papa və heyəti üçün 2100 yer ayıran "Sirk Medrano"nun mətbuat sözçüsü Brayan Kasartelli isə deyib ki, burda anormal heç nə yoxdur.

"Bir heyvan 5 dəqiqəlik nümayiş göstərir. Geridə qalan vaxtda isə açıq havada olurlar, ya da biz onlara təlim keçirik" — Kasartelli bildirib.

Qeyd edək ki, Papanın sirkə olan marağı yeni deyil. Dini lider daha əvvəl də sirki ziyarət etmiş, onun üçün hazırlanmış tamaşanı izləmişdi. Papa Fransisk sirk ustaları üçün dua da etmişdi.

27
Teqlər:
Vatikan, Papa I Fransisk, Brayan Kasartelli, 'Sirk Medrano'
Əlaqədar
“Papa türklərə qarşı ermənilərdən daha yanıqlıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: Türkiyə-ABŞ münasibətləri pisləşib

963
(Yenilənib 16:09 24.09.2021)
Ərdoğan vurğulayıb ki, NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır.

 

BAKI, 24 sentyabr — Sputnik. Birləşmiş Ştatlar Suriyada kürd qruplaşmalarına hərbi yardımı artırıb. Heç bir ABŞ prezidentinin dövründə vəziyyət hazırkı prezident Co Baydenin zamanındakı kimi pis olmayıb. Sputnik Türkiyə xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"NATO-ya üzv iki ölkə kimi Türkiyə və ABŞ-ın tamamilə fərqli münasibətləri olmalıdır. Heç bir ABŞ liderinin dövründə vəziyyət belə pis olmayıb. Vaşinqton regionda terrorçuları daha çox dəstəkləyir", - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, ötən gün də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan etmişdi: "İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm".

Eləcə də oxuyun:

963
Teqlər:
Rəcəb Tayyip Ərdoğan, Cozef Bayden, ABŞ, Türkiyə, münasibət
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiya Dövlət Dumasına seçkilərlə bağlı MSK iclas keçirdi

309
(Yenilənib 16:00 24.09.2021)
Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

BAKI, 24 sentyabr — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası cümə günü, sentyabrın 24-də keçirdiyi iclasda Dövlət Dumasına seçkilərin baş tutmuş və etibarlı olması barədə protokol qəbul edib. 

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına keçirilən seçkilərin nəticələrini, mandatların yekun bölgüsünü açıqlayıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

Protokolun 100 faizlik emalından sonra federal dairə üzrə Rusiya Dövlət Dumasına beş partiyadan namizədlər seçilib: Vahid Rusiya Partiyası 324 mandat, Rusiya Federasiyası Kommunist Partiyası (KPRF) - 57, Ədalətli Rusiya - həqiqət uğrunda - 27, Rusiyanın Liberal Demokrat Partiyası (LDPR) 21, Yeni insanlar Partiyası -13 mandat qazanıb.

Dumanın aşağı palatasına birmandatlı seçki dairələri üzrə namizədliyini özü irəli sürən 5 şəxs seçilib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasına və 9 subyektin icra orqanlarına seçkilər 17-19 sentyabrda keçirilib. Seçkilərdə seçici fəallığı 51,72 faiz olub.

Moskvada və altı subyektdə - Kursk, Nijeqorod, Yaroslav, Murmansk, Rostov və Sevastopolda distansion elektron səsvermə təşkil olunub.

Eləcə də oxuyun:

309
Teqlər:
Rusiya, Dövlət Duması, seçki, iclas, protokol
Pianoçu Vurğun Vəkilov

Səməd Vurğunun nəticəsi şah əsərləri ifa edib

0
(Yenilənib 22:24 24.09.2021)
V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

BAKI, 24 sentyabr — Sputnik. Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı davam edir. Sentyabrın 23-də festival çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində istedadlı pianoçu, Xalq şairi Səməd Vurğunun nəticəsi, "École normale de musique de Paris-Alfred-Cortot" ali musiqi məktəbinin tələbəsi Vurğun Vəkilovun konserti olub.

Sputnik Azərbaycan xəbər verir ki, konsertdə klassik musiqinin şah əsərləri səslənib. Pianoçunun çıxışı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, V.Vəkilov 2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birinci sinfinə gedib. İstedadlı pianoçu 2008-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunan Gənc İfaçıların Birinci Respublika Müsabiqəsinin qalibi olub. V.Vəkilov ölkəmizi İtaliya, Yaponiya, Rusiya, Bolqarıstan, Koreya Respublikası, Çin və digər ölkələrdə keçirilən müsabiqələrdə də təmsil edib. Onun adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na daxil edilib.

0