Qalmaqallı dövlət başçısı indi də cizgi filmi qəhrəmanı olacaq

© pixabay / Astryd_MADTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan
Abunə olmaq
Bu prezident haqqında parodiya janrında cizgi filmi çəkilib

BAKI, 10 yanvar — Sputnik. ABŞ-ın "Showtime" telekanalı Ağ Ev rəhbəri Donald Tramp barədə parodiya xarakterli cizgi filminin treylerini nümayiş etdirib. Sputnik Azərbaycan-ın məlumatına görə, "Bizim multfilm prezidentimiz" serialı fevralın 11-də ekranlara çıxacaq. Yeni telelayihənin əsas qəhrəmanları Trampın özü, ailəsi, müşavirləri və yaxın ətrafıdır.

Layihənin müəllifi məşhur komik, Tramp administrasiyasının ən böyük tənqidçilərindən olan "Emmi" mükafatı laureatı Stiven Kolberdir. 

Serialda Trampın demokratik media ilə münaqişəsi tənqid atəşinə tutulur. 

Kolber ilk dəfə deyil ki, Trampı cizgi filmi qəhrəmanına çevirir. O, özünün "Stiven Kolberlə gecə şousu" proqramında dəfələrlə Trampa həsr olunmuş qısametrajlı cizgi filmləri nümayiş etdirib.

Xəbər lenti
0