SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Suriyadakı son olaylarla bağlı səfirləri XİN-ə çağırdı

© Sputnik / Anton Denisov / Mediabanka keçidAnkara şəhəri
Ankara şəhəri - Sputnik Azərbaycan
Abunə olmaq
İran və Rusiyanın Ankaradakı səfirləri Türkiyə XİN-nə çağırılıb

BAKI, 9 yanvar — Sputnik. Rusiya və İranın Ankaradakı səfirləri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Suriyanın hökumət qüvvələrinin İdlibdəki deeskalasiya zonasında atəşkəs rejimini pozması ilə əlaqədardır. 

Xəbərə əsasən, Ankara diplomatlardan Suriya hökumətini təhlükəsizlik zonalarının sərhədlərini pozmamağa çağırmağı xahiş edəcək.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bundan əvvəl Suriya ordusunun terrorçularla mübarizə adı altında İdlib əyalətindəki mötədil müxalifət qüvvələrinə hücumlar etdiyini bildirib.

Xəbər lenti
0