İsrail qırıcı təyyarə,arxiv şəkli

İsrail qonşu dövlətin paytaxtını bombaladı

884
(Yenilənib 13:05 09.01.2018)
Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir

BAKI, 9 yanvar — Sputnik. İsrail hərbi hava qüvvələrinə aid döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqi (Şam) bombalayıb. Sputnik Azərbaycan "Haaretz"-ə istinadən xəbər verir ki, qırıcılar paytaxtda yerləşən silah deposunu hədəf alıb.

Suriya ordusundan verilən açıqlamaya görə, İsrail tək havadan yox, qurudan da bombardman həyata keçirib. İsrail mediası hücumu son dəqiqə başlığı ilə oxuculara çatdırıb. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Keçən il də İsrailə aid döyüş təyyarələri bir neçə dəfə Suriyanın paytaxtını bombalamışdı.

Qeyd edək ki, iki ölkə sərhəddində yerləşən Suriyaya aid Qolan təpələri yarım əsrə yaxındır ki, İsrailin işğalı altındadır.

884
Teqlər:
döyüş təyyarələri, İsrail, Suriya, bomba, paytaxt
Əlaqədar
Suriyada azərbaycanlı terrorçu tutuldu – VİDEO
Putin Suriyada döyüşən rus əsgərlərin sayını açıqlayıb
Suriya probleminin həlli yolunda mühüm addım atıldı
Məmmədov: “Rusiya və İran hələ Suriyada qalacaq”
"Türk və amerikalı əsgərlər Suriyanı dərhal tərk eləsin"