Ahed Təmimi

Cəsur qızı 14 illik həbs cəzası gözləyir

204
(Yenilənib 11:51 09.01.2018)
Gənc qızın anası da hazırda müvəqqəti cəzaçəkmə müəssisəsindədir

BAKI, 9 yanvar — Sputnik. İyirmi gündür ki, İsrail polisinin nəzarətində olan, Fələstinin cəsur qızı kimi tanınan 16 yaşlı Ahed Təmimiyə 14 il həbs cəzası verilə bilər. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, o, İsrail əsgərinə şillə vurduğu üçün həbs edilib.

Gənc qızın anası Nəriman Təmimi də hazırda müvəqqəti cəzaçəkmə müəssisəsindədir. İsrailin irqçi təhsil naziri Naftali Bennet fələstinli gənc qız barəsində "həyatı həbsxanada çürüməlidir" ifadəsini işlədib.

Xatırladaq ki, Ahed Təmimi 2014-cü ildə də İsrail əsgərlərinə qarşı müqavimət göstərməsi ilə yadda qalmışdı. O, azyaşlı qardaşını xilas etmək üçün yəhudi əsgərin üzərinə şığıyaraq onu yumruqlamış, əsgərin barmağını dişləmişdi. Bu cəsur davranışına görə, fələstinli qız Türkiyəyə çağrılmış, İstanbulda "Hanzala Cəsarət Mükafatı"na layiq görülmüşdü.

204
Teqlər:
Ahed Təmimi, cəsur qız, Fələstin, İsrail, əsgər
Əlaqədar
İsraildən inanılmaz qərar: ancaq fələstinlilər üçün edam cəzası çıxarılacaq
Çin ABŞ və İsrailə sitəm çəkdi: Şərqi Qüds Fələstinin paytaxtıdır
Fransa Fələstinin müstəqilliyini tanıyacaq
Böhran yaşayan Türkiyə Fələstini yenidən quracaq...