Toreador və öküz, arxiv şəkli

Meydanda dəhşət anları: Qardaşını xilas etmək üçün ölümə atıldı VİDEO

138
(Yenilənib 10:19 09.01.2018)
Filip Martinez qardaşını buğadan qorumaq üçün meydana atılıb və Fransiskonun bədənini öz bədəni ilə örtüb

BAKI, 8 yanvar — Sputnik. Meksikada buğa döyüşünü izləyənlər meydanda dəhşətli dramın şahidi olublar.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, Querataroda baş tutan yarışda buğa toreador Fransisko Martinezi buynuzu ilə vuraraq yerə yıxıb. Fransiskonun böyük qardaşı Filip onun hərəkətsiz və köməksiz halda buğanın qarşısında uzandığını görərək qardaşın edə biləcəyi yeganə hərəkəti edib. Filip Martinez qardaşını buğadan qorumaq üçün meydana atılıb və Fransiskonun bədənini öz bədəni ilə örtüb.

Onun bu addımı Fransiskonu ölümcül zərbədən qurtarıb. Xoşbəxtlikdən Filipə də ciddi bir şey olmayıb. O, qulağından zədələnib və bir barmağı parçalanıb.

Mühafizə xidmətinin əməkdaşları meydana daxil olaraq qardaşları buğanın ölümcül buynuzlarından qurtarıblar. Həkimlərin köməyi ilə özünə gələn Fransisko ayılıb və tamaşaçıları salamlayaraq meydanı tərk edib.

 

138
Teqlər:
buynuz, toreador, meydan, buğa, qardaş, Meksika, ölüm
Əlaqədar
Bıçaqdan qaçan buğa qadını sürüdü
Buğanın buynuzu ağ ciyərinə girdi
Ölkəyə xaricdən törədici buğa və kəllər gətiriləcək
“Bosfor Buğası” ləqəbli dünya çempionu həyatını itirdi