Tarixi toy yaxınlaşır: Evsizlər və əyyaşlar küçələrdən təmizlənir

Abunə olmaq
Şahzadənin toyu günü barlar gecə saat 1-ə qədər işləyə biləcək

BAKI, 8 yanvar — Sputnik. Böyük Britaniya Krallığı taxt-tacının 5-ci varisi, 33 yaşlı şahzadə Harri və 36 yaşlı sevgilisi, aktrisa Meqan Markl mayın 19-da nikaha girməyə hazırlaşırlar. Bu tarixi toya hələ aylar qalsa da, indidən rəsmi və qeyri-rəsmi səviyyədə ölkəni həyəcan hissi bürüyüb.

© REUTERS / Toby MelvilleBritaniya şahzadəsi Harri və sevgilisi Meqan Markl
Britaniya şahzadəsi Harri və sevgilisi Meqan Markl  - Sputnik Azərbaycan
Britaniya şahzadəsi Harri və sevgilisi Meqan Markl

Sputnik Azərbaycan "Daily Star"-a istinadən xəbər verir ki, polis artıq dilənçiləri, evsizləri və əyyaşları kral ailəsinin iqamətgahı ətrafından təmizləməyə başlayıb. İngiltərə polisindən isə bildirilib ki, bu tip insanlar şahzadənin toyuna görə yox, turistlərdən pul diləndikləri üçün küçələrdən yığışdırılır.

"Bizlər də insanıq. Səbəbsiz yerə niyə burada dayanaq? Düşdüyümüz vəziyyət öz seçimimizdir?! Polisi bizə qarşı daha həssas olmağa çağırırıq. Onların rəftarı alçaldıcıdır" – deyə evsizlər və dilənçilər müraciət ediblər.

Məlumata görə, şahzadənin toyu günü barlar gecə saat 1-ə qədər işləyə biləcək.

Xəbər lenti
0