Raziq Həqiqi Maksimov

Suriyada azərbaycanlı terrorçu tutuldu VİDEO

485
(Yenilənib 17:23 08.01.2018)
Videomüsahibədə R.Maksimovdan əlavə daha iki İŞİD-çi dindirilir

BAKI, 8 yanvar — Sputnik. Suriyada azərbaycanlı tutulub. Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədən Suriyaya keçmək istəyən azərbaycanlı İŞİD terror qruplaşmasının üzvü olub.

Onu kürd silahlı dəstələrinin üzvləri tutublar. İnternetdə yayılan videoda yaraqlı bildirir ki, adı Raziq Həqiqi Maksimovdur və əslən Azərbaycandandır. İŞİD-də adı Əbdul Rəzzaq olan terrorçunun 30 yaşı var.

Onun sözlərinə görə, İŞİD-ə 2015-ci ilin sentyabrında qoşulub. Əvvəlcə İstanbula, ordan Antepə keçib. Terrorçu bildirib ki, məqsədi sadəcə yaxşı yaşamaq olub. Və bu müddət ərzində cəmi iki ay işləyib. Qalan zamanları isə hazır maaş alaraq yaşayıb. Terrorçu qeyd edib ki, Suriya sərhədini keçmək çox asandır: "Orada çoxlu qaçaq keçirən var. Onlar insanları pulla Türkiyəyə keçirirlər. Orada sənədləri saxtalaşdırmaq imkanı var, sonra isə Avropaya getmək olar. Amma hazırda Türkiyədə də vəziyyət yaxşı deyil".

YPG-yə təslim olduğunu deyən terrorçu qeyd edir ki, islama yaxın dövlət olduğu üçün Türkiyədə yaşamaq daha asandır.

Videomüsahibədə R.Maksimovdan əlavə daha iki İŞİD-çi dindirilir.

Onlardan biri dağıstanlı Vladimir Yureviç Oleynikov, digəri isə adı açıqlamayan Almaniya vətəndaşıdır.

Onlar vətənlərinə getmək istəmədiklərini və Türkiyəni vətən qəbul etdiklərini deyiblər.

485
Teqlər:
terror qruplaşması, Suriya, Türkiyə, azərbaycanlı, İŞİD, həbs
Əlaqədar
İŞİD-in tərəfindən törədildiyi iddia edilən partlayışın icraçısı saxlanıldı
Ermənistanda İŞİD şoku
İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır?
İstanbul böyük bəladan qurtuldu, 23 İŞİD üzvü tutuldu
İŞİD tərəfindən aldadılan şəxslərin sayı məlum oldu