Uludağda itkin düşən 3 nəfər sağ tapıldı...

Abunə olmaq
Gecəni mənfi 5 dərəcə soyuqda keçirən şəxslər helikopterlərlə xilas edilərək xəstəxanaya çatdırılıblar

BAKI, 8 yanvar — Sputnik. Türkiyənin Uludağ bölgəsində itkin düşən 3 nəfər tapılıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Türkiyənin ən önəmli qış turizm mərkəzlərindən biri olan Uludağda gəzərkən uçuruma düşən və gecəni dağda keçirən 3 nəfər tapılaraq xilas edilib.

Verilən məlumata görə, gecəni mənfi 5 dərəcə soyuqda keçirən şəxslər helikopterlərlə xilas edilərək xəstəxanaya çatdırılıblar.

Xəbər lenti
0