Rusiya və İrandan Amerikaya sərt ultimatum

© REUTERS / Brendan McDermidЗаседание Совета Безопасности ООН, посвященное ситуации на Ближнем Востоке, Нью-Йорк, 8 декабря 2017 года
Заседание Совета Безопасности ООН, посвященное ситуации на Ближнем Востоке, Нью-Йорк, 8 декабря 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Təhlükəsizlik Şurasının yığıncağına rəsmi Tehran münasibət açıqlayıb

BAKI, 6 yanvar — Sputnik. BMT Təhlükəsizlik Şurasında Amrikanın tələbi ilə İrandakı etiraz aksiyaları ilə əlaqədar təcili toplantı keçirilib. ABŞ-ın BMT yanındakı daimi nümayəndəsi Nikki Haley deyib ki, dünya İran hökumətinin nümayişçilərə qarşı atdığı addımları yaxından izləyir.

Sputnik Türkiyə xəbər verir ki, Təhlükəsizlik Şurasının yığıncağına rəsmi Tehran münasibət açıqlayıb:

"BMT Təhlükəsizlik Şurasının İrandakı etirazlara həsr olunmuş iclası bu qurumun səlahiyyətlərinə daxil deyil" — İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Hoşru bildirib.

"Təəssüf ki, digər daimi üzv ölkələrin müqavimətinə baxmayaraq, Təhlükəsizlik Şurası Amerikaya bu meydandan öz məqsədləri üçün istifadə etmək və qurumun səlahiyyətlərini aşan iclası keçirmək imkan verdi. Bu addım özü, Təhlükısizlik Şurasının öz əsas funksiyalarını yerinə yetirməməsinin göstəricisidir" — deyə iranlı diplomat qeyd edib.

Oxşar açıqlamanı Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenziya da verib. O, Amerikanı İranın daxili işlərinə qarışmaqda ittiham edib.

"Bu gün bir daha şahidi oluruq ki, ABŞ BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini öz pis məqsədləri üçün istifadə etməyə çalışır. İmkan verin, İran öz problemlərini özü həll etsin. Əfqanıstan, Suriya, Liviya, İraq, Yəmən, Şimali Koreya və Afrikadakı problemlərə köklənmək əvəzinə şuranın enerjisini boş yelərə sərf edirsiniz" — rus diplomat deyib.

Xəbər lenti
0