ABŞ prezidenti Donald Tramp

Vaşinqtonda böyük müsəlman ölkəsi barədə radikal qərar qəbul olundu

1217
(Yenilənib 12:05 05.01.2018)
"Pakistan "Hakkan" şəbəkəsi və "Taliban"a qarşı ciddi mübarizəyə başlayana qədər bizdən yardım ala bilməyəcək"

BAKI, 5 yanvar — Sputnik. ABŞ Pakistan hökumətinin ölkədəki terror təşkilatları ilə mübarizədə bacarıqsız olduğunu səbəb gətirərək, bu ölkəyə edilən bütün təhlükəsizlik yardımlarını dayandırıb. Sputnik Azərbaycan bu barədə "Sözcü"-yə istinadən xəbər verir.

"Pakistan "Hakkan" şəbəkəsi və "Taliban"a qarşı ciddi mübarizəyə başlayana qədər bizdən yardım ala bilməyəcək" — ABŞ Dövlət Departamentindən bildirilib.

Departamentin sözçüsü Hizer Navert kəsilən yardımların həcmi barədə isə məlumat verməyib. Bundan başqa Birləşmiş Ştatlar Pakistanı ölkədə dini azadlıqların kobud şəkildə pozulması səbəbilə xüsusi izləmə siyahısına da salıb.

Xatırladaq ki, prezident Donald Tramp üç gün öncə "Twitter" səhifəsində Pakistan haqda status yazmışdı: "Onlar liderlərimizin axmaq olduğunu düşünərək bizə yalan və hiylədən başqa heç nə vermədilər. Əfqanıstanda izinə düşdüyümüz terrorçular üçün təhlükəsiz zona yaradırlar".

1217
Teqlər:
terror təşkilatları, ABŞ Dövlət Departamenti, yardım, Pakistan, ABŞ, mübarizə
Əlaqədar
Pakistandan Trampa şillə kimi cavab: rəsmən düşmən olurlar
Pakistan ABŞ əleyhinə yeni qərar qəbul etdi
İran Rumıniya ilə Pakistanı vura bilər
Azərbaycan Pakistandan alınan hərbi təyyarələrdən məmnundur
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

1
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

1
Ginnesin Rekordlar kitabının sertifikatı, arxiv şəkli

Çinli iki metr yarıma yaxın boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək istəyir - VİDEO

30
14 yaşlı Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

BAKI, 24 oktyabr — Sputnik. Çində yaşayan 14 yaşlı Keyu Ren 2 metr 21 santimetr boyu ilə Ginnesin Rekordlar Kitabına düşmək üçün müraciət edib.

Sputnik Azərbaycan "TRThaber"ə istinadla xəbər verir ki, Keyu Ren Çinin Sichuan əyalətində yaşayan orta məktəb şagirdidir. 14 yaşlı Reni yaşıdlarından fərqləndirən ən vacib xüsusiyyət 2 metr 21 santimetr uzunluğunda olmasıdır. Ən yüksək qapılardan keçəndə belə başını əyməli olan Ren, bəzən yeriməkdə çətinlik çəkir.

Ren 13-18 yaş kateqoriyasında 2 metr 21 santimetr hündürlüyündə Rekordlar Kitabına namizəd kimi göstərilib. Ren müsbət cavab alacağını gözləyir.

Qeyd edək ki, indiyədək dünyada ən uzun yeniyetmə kimi 2015-ci ildə 2 metr 15 santimetr boyu ilə ABŞ-dan olan Kevin Bradford Rekordlar Kitabına düşüb.

30