Pakistanın xarici işlər naziri Havaja Məhəmməd Asif

Pakistandan Trampa şillə kimi cavab: rəsmən düşmən olurlar

457
(Yenilənib 10:31 05.01.2018)
Tramp iki gün öncə “Twitter” səhifəsində Pakistan haqda xoşagəlməz status yazmışdı

BAKI, 4 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın “Twitter” hesabında Pakistan əleyhinə yazdığı yazılara bu ölkənin xarici işlər naziri Havaja Məhəmməd Asif cavab verib.

Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, nazir terrorla mübarizədə Pakistanın ABŞ-a verdiyi dəstəyə görə çox böyük itkilərlə qarşılaşdığını söyləyib: “Cənab Tramp bizdən “Siz terrorla mübarizədə nə etdiniz?” deyə soruşur. İndi mən cavab verirəm. Sizə hərbi bazamızı verdik. Əfqanıstandakı əsgərlərinizin silah-sursat təminatı bizim torpaqlarımızdan keçib. Minlərlə sivil vətəndaşımız və hərbçimiz sizin başlatdığınız müharibənin qurbanı olub. Tarix bizə Amerikaya kor-koranə etibar etməməyi öyrətdi. Apardığımız mübarizə sizi qane etməyə bilər, amma bundan sonra ölkəmizin etibarı ilə alver etməyəcəyik”.

Xatırladaq ki, Tramp iki gün öncə “Twitter” səhifəsində Pakistan haqda status yazmışdı: “Onlar liderlərimizin axmaq olduğunu düşünərək bizə yalan və hiylədən başqa heç nə vermədilər. Əfqanıstanda izinə düşdüyümüz terrorçulara təhlükəsiz zona verirlər”.

457
Teqlər:
ABŞ prezidenti Donald Tramp, ittiham, Twitter, Pakistan, cavab
Əlaqədar
Azərbaycan - Pakistan münasibətlərinin ildönümü
Pakistan ABŞ əleyhinə yeni qərar qəbul etdi
Bakıda Suriya, Pakistan və Əfqanıstan qaçqınlarına böyük jest
İran Rumıniya ilə Pakistanı vura bilər
Pakistanın yeni baş naziri bəlli oldu
Azərbaycan Pakistandan alınan hərbi təyyarələrdən məmnundur