Manhettenin görünüşü

Sirli tarix açıldı: Amerikanın əsl sahibləri məlum oldu

440
(Yenilənib 10:27 05.01.2018)
Paleolit dövründə dəniz səviyyəsi çox aşağı olduğu üçün indiki Berinq boğazı quru sahə olub

BAKI, 4 yanvar — Sputnik. ABŞ-ın Alyaska ştatının Sun River bölgəsində aparılan arxeoloji qazıntılar zamanı tapılan cəsəd qalıqları Amerika tarixinə dair bu günədək bilinməyən məqamları üzə çıxarıb.

Altı həftəlik körpə qız uşağına aid olduğu deyilən skelet üzərində araşdırma aparan alimlərin gəldiyi qənaətə görə, bu torpaqlara ilk insanlar Rusiyanın Sibir bölgəsindən gəliblər: "Onlar yerli amerikalılar olan hinduların ulu babalarıdır və Amerika qitəsinə 20 min il əvvəl uzaq Sibirdən gəliblər".

Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, paleolit dövründə dəniz səviyyəsi çox aşağı olduğu üçün indiki Berinq boğazı quru sahə olub. Amerika qitəsi və Asiya bir-birinə quru torpaqla birləşib. İnsanlar bu yoldan istifadə edərək Amerikaya keçiblər.

Professor Eske Uillerslev və onun alim həmkarları qeyd edib ki, altı həftəlik körpə qız uşağına aid cəsəd qalıqları bu günədək Alyaskada tapılan ən qədim insan qalığıdır.

440
Teqlər:
Berinq boğazı, köçmə, Sibir, Alyaska, hindu, ABŞ
Əlaqədar
Amerika polislərini gülləbaran etdilər
"Hər an Amerikaya zərbə endirə bilərik"
Səudiyyə Ərəbistanında qalmaqal: Amerikalı biznesmenlərə işgəncə verilir
Amerikalı müəllim etdiyi hərəkətə görə 10 il iş aldı
Amerikadakı dəhşətli qəzada prezidentin bacısı həyatını itirdi
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

11
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

11
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası
AŞPA-da plenar iclas, arxiv şəkli

Ermənistanın düzəlişlərini AŞPA rədd edib - Azərbaycan XİN

18
AŞPA-dakı Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib

BAKI, 27 yanvar - Sputnik. Bu il yanvarın 25-də Avropa Şurası Parlament Assambleyasın Monitorinq Komitəsinin “AŞPA Monitorinq prosedurunun 2020-ci il üzrə tərəqqi hesabatı” adlı qətnamə qəbul edilib. Hər il ənənəvi hazırlanan hesabat ilə əlaqədar qətnamə layihəsində monitorinq proseduruna və ya monitorinqdən sonrakı dialoqa cəlb edilmiş ölkələrdə, o cümlədən Azərbaycan və Ermənistanda baş vermiş əsas hadisələr qiymətləndirilir və müvafiq tövsiyələr verilir.

Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sözügedən qətnamədə Ermənistan və Azərbaycan arasında baş vermiş döyüşlər kontektsində müvafiq bəndlər yer alıb. Belə ki, qətnamənin 5-ci bəndində komitənin “27 sentyabr 2020-ci il tarixində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsində baş verən hərbi döyüş əməliyyatları ilə bağlı hadisələri izlədiyi, bu mövzuda cari məsələlər üzrə debat irəli sürdüyü, hər iki tərəfdən deputatların iştirakı ilə fikir mübadiləsi təşkil etdiyi, Ermənistan və Azərbaycan üzrə həmməruzəçilərin münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyi” qeyd olunur. Qətnamənin 11-ci bəndində isə aşağıdakı fikirlər yer alıb:
“Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq, Assambleya bütün tərəfləri siyasi dialoqa mane olan iltihablı ritorikadan çəkinməyə, Ermənistanı və Azərbaycanı üçtərəfli bəyanatın humanitar məsələlərlə bağlı müddəalarını ən qısa müddətdə həyata keçirməyə, bütün tərəfləri dərhal hərbi əsirlərin və cəsədlərin mübadiləsini həyata keçirməyə, mədəni irsə hörmət etməyə çağırır və Monitorinq Komitəsini parlament səviyyəsində sülh prosesi üçün əlverişli bir atmosferə töhfə vermək üçün yolları araşdırmağa dəvət edir. Assambleya bu münaqişə zamanı bütün tərəflərin humanitar və insan hüquqları qanunlarını pozduğuna dair məlumat və iddialar, bəzi dini yerlərin və abidələrin deqradasiyası, eləcə də xüsusi mülkiyyətin dağıdılması iddialarından ciddi narahatlığını ifadə edir və bu məlumatların tam araşdırılmasını və pozuntuların aradan qaldırılmasını və günahkarların mühakimə olunmasını gözləyir”.

​Qeyd olunmalıdır ki, AŞPA-dakı Ermənistan nümayəndə heyətinin sözügedən qətnamə layihəsinə əsassız düzəlişlər irəli sürmək cəhdləri uğursuzluqla nəticələnib. Ermənistan tərəfinin düzəlişləri həm Monitorinq Komitəsi, həm də Assambleyanın plenarı tərəfindən rədd edilib.

​Bundan başqa, Ermənistan nümayəndə heyəti sessiya çərçivəsində cari məsələlər üzrə debat proseduru əsasında “Avropa Beynəlxalq İnsan Hüquqları Standartlarının pozulması kimi Azərbaycan hakimiyyət orqanları tərəfindən erməni əsirlər və digər saxlanılan şəxslərin qaytarılmasının əsassız olaraq gecikdirilməsi” mövzusunda müzakirənin keçirilməsini istəyib. Bu xüsusda, Azərbaycan nümayəndə heyəti tərəfindən AŞPA Prezidentinə məktub ünvanlanaraq məsələ üzrə mövqeyimiz onun diqqətinə çatdırılıb və belə bir debatın keçirilməsinin məqbul olmadığı vurğulanıb. Nəticə etibarı ilə, qurumun Bürosu tərəfindən bu mövzuda debatın keçirilməsi məqsədəuyğun hesab edilməyib.

"​Eyni zamanda vurğulamaq istərdik ki, 25 yanvar tarixində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç qış yarım-sessiyasında AŞPA üzvləri qarşısında çıxışında təşkilatın mövqeyini bir daha ifadə edərək Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladıqlarını söyləyib. O, AŞ-nin səlahiyyətləri çərçivəsində hər iki ölkəyə post-konflikt dövründə dəstək verməyə hazır olduqlarını və bu məqsədlə tərəflərlə məsləhətləşmə apardıqlarını bildirib", - XİN-in məlumatında deyilir.

18
Romada Leonardo da Vinçi adına (Fyumiçino) hava limanı

Nigeriya sahillərində öldürülən azərbaycanlının cəsədi Bakıya gətirildi

0
(Yenilənib 11:31 27.01.2021)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

BAKI, 27 yanvar — Sputnik. Nigeriya sahillərində dəniz quldurlarının hücumu nəticəsində həlak olan azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. Sputnik Azərbaycan xəbər verir ki, bu dəqiqələrdə onun cənazəsi təyyarədən yerə endirilir.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində "Motsart" adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum ediblər. Hücum zamanı gəminin 19 heyət üzvündən 15-i qaçırılıb, azərbaycanlı mühəndis Fərman İsmayılov isə öldürülüb. Gəmi 3 heyət üzvü ilə Qabonun Port-Gentil Limanına gətirilib.

Xatırladaq ki, Fərman İsmayılovun cənazəsi əvvəlcə Qabondan Türkiyəyə, daha sonra isə Azərbaycana gətirilib.

0
Teqlər:
Türkiyə, Bakı, Nigeriya, Qabon, dəniz quldurları