İrandakı aksiyalarda "Avropa izi" tapıldı: Həbs edilən var

© REUTERS / Simon Dawsonİranda etiraz aksiyası
İranda etiraz aksiyası - Sputnik Azərbaycan
Abunə olmaq
Tutulan avropalı nümayişləri təşkil etməkdə fəal iştirak edib

BAKI, 4 yanvar — Sputnik. İranda 1 həftədir davam edən iğtişaşlarla bağlı yeni xəbər yayılıb. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, ölkənin Burucerd vilayətindəki aksiya zamanı bir nəfər Avropa vətəndaşı həbs olunub. Tutulan şəxsin konkret hansı ölkə vətəndaşı olduğu haqda məlumat verilmir.

İran mediasının xəbərinə görə, sözügedən avropalı nümayişlərin təşkilində fəal iştirak edib.

Xatırladaq ki, artıq bir həftədir İranda minlərlə insan iqtisadi çətinlikləri səbəb gətirərək hökumət əleyhinə aksiyalar keçirir. İndiyədək 20-dən çox insan həlak olub. Paytaxt Tehranda polis yüzlərlə aksiya iştirakçısını həbs edib.

Xəbər lenti
0