Trampın oğlu barəsindəki şok ittihama cavab verildi

© AP Photo / Susan WalshDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev vətənə xəyanətdə ittiham edilən Tramp Jr. barədə açıqlama yayıb

BAKI, 4 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın oğlu Tramp Jr.-i vətənə xəyanətdə ittiham edən keçmiş baş müşavir Stiv Bennona Ağ Evdən cavab verilib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Ağ Ev iddianı gülünc adlandırıb.

Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp danışdı və daha bir ölkəni ABŞ-a düşmən etdi

"Bu, çox gülünc ittihamdır. Cənab Bennon 2016-cı il prezident seçkilərində Trampın Rusiyadan dəstək aldığını və bu işi onun oğlunun yürütdüyünü söyləyərək Tramp Jr.-i vətənə xəyanətdə ittiham edib. Bu iddia axmaqlıqdır" — Ağ Evin mətbuat katibi Sara Sanders qeyd edib.

Qeyd edək ki, Birləşmiş Ştatlar prezidentinin keçmiş baş müşaviri Stiv Bennon "Atəş və qəzəb: Trampın Ağ Evinin içərisindən" adlı kitabında 2016-cı il prezident seçkilərində Trampın Rusiyadan dəstək aldığını yazıb. Sabiq müşavir Federal Təhqiqatlar Bürosunu (FBI) Trampın oğlunun ruslarla olan əlaqələrə dair yazışmalarını, görüşlərini və varsa, video-görüntülərini ictimaiyyətə təqdim etməyə çağırıb.

Xatırladaq ki, Bennon 2017-ci ilin avqustunda Ağ Evdəki vəzifəsindən istefa verib.

Xəbər lenti
0