İranda etiraz aksiyası

İranda rejim tərəfdarları da küçələrə axışdı

331
(Yenilənib 12:11 04.01.2018)
Onlar etirazçıların edamını tələb ediblər

BAKI, 4 yanvar — Sputnik. İranda bir həftədir davam edən kütləvi etiraz aksiyalarında ilk dəfə olaraq İnqilab Keşikçiləri Korpusunun (SEPAH) üzvləri öldürülüb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, SEPAH-ın 3 əməkdaşı silahlı şəxslər tərəfindən qətlə yetirilib.

Hadisə ölkənin şimal-qərb bölgəsində yerləşən Piranşəhərdə qeydə alınıb. Təfərrüatlar barədə əlavə məlumat verilmir.

Son məlumatlara görə, artıq rejim tərəfdarları da meydanlara axın edərək müxaliflər əleyhinə aksiyalara başlayıblar. Onlar azad söz və sivil cəmiyyət şüarları ilə küçələrə çıxan onminlərlə iranlını ABŞ və İsrailin agenti adlandırıblar. Rejim tərəfdarları etirazçıların edamını tələb ediblər.

Bu arada, Amerika Birləşmiş Ştatlarının BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın Ali dini lideri Ayətullah Əli Xameneyinin "ölkənin düşmənləri pul, silah və agentlərindən istifadə edərək qarışıqlıq yaradır" sözlərinə münasibət bildirib. "Çox gülünc və axmaq açıqlamadır" — Haley deyib.

331
Teqlər:
SEPAH, İnqilab Keşikçiləri Korpusu, tərəfdar, Nikki Haley, etiraz aksiyaları, İran, rejim
Mövzu:
İran İslam Respublikasında etiraz dalğası (18)
Əlaqədar
İran qaynayır, ölənlərin sayı artır
Vaşinqton İranda baş qaldıran etiraz aksiyalarını rəsmən dəstəklədi
Donald Trampdan İran hadisələrinə ilk reaksiya
İrandakı etirazların ilk nəticəsi: "Telegram" və "Instagram" bağlandı
İranda aksiyalar zamanı iki nəfərin öldüyü təsdiqlənib

Əfsanəvi "Ceyms Bond" vəfat etdi

19
(Yenilənib 17:17 31.10.2020)
Şon Konneri bir şox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır.

BAKI, 31 oktyabr - Sputnik. Şotland əsilli britaniyalı məşhur aktyor Şon Konneri vəfat edib. Bu barədə İngiltətə mətbuatı məlumat verib.

Ölümün səbəbi barədə məlumat verilmir.

Şon Konneri bir şox məşhur rolların ifaçısıdır. Onun ən məşhur rollarından biri Ceyms Bond obrazıdır.

Şon Konnerinin 90 yaşı var idi.

1988-ci ildə Konneri "Toxunulmazlar" qanqster dramındakı ikinci plan roluna görə "Oskar" və "Qızıl qlobus" mükafatlarını alıb. Ümumilikdə aktyorun üç "Qızıl alobus"u var".

19
Doktor, arxiv şəkli

Beş yüzdən çox türk həkim Qarabağa könüllü yollanmaq üçün Konsulluğa müraciət edib

18
(Yenilənib 15:58 31.10.2020)
"Türk həkimlər birliyi" platforması arxa cəbhədə xidmət etmək üçün "Qarabağ üçün könüllü ol" layihəsi çərçivəsində könüllü 504 həkimin müraciətini Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edib.

BAKI, 31 oktyabr — Sputnik. Türkiyədən 504 həkimin Dağlıq Qarabağda gedən hərbi əməliyyatlarla əlaqədar arxa cəbhədə könüllü xidmət etmək üçün Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna etdiyi müraciət qəbul olunub.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, İstanbuldakı Baş Konsulluq həkimlərin müraciətlərinin Bakıya aidiyyəti qurumlara yönəldildiyini bildirib.

Qeyd edək ki, ötən gün "Türk həkimlər birliyi" platforması arxa cəbhədə xidmət etmək üçün "Qarabağ üçün könüllü ol" layihəsi çərçivəsində könüllü 504 həkimin müraciətini Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayevaya təqdim edib.

18
Fəhlə

Məcburi köçkünlər azad edilmiş torpaqlarda işlə təmin olunacaqlar

0
(Yenilənib 18:18 31.10.2020)
"Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir"

BAKI, 31 oktyabr — Sputnik. Özünüməşğulluq proqramına cəlb olunan məcburi köçkünlər azad edilmiş torpaqlara qayıtmağa hazırlaşırlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyev məlumat verib. O bildirib ki, özünüməşğulluq proqramı görünən odur ki, heç bir vətəndaşın kənarda qalmasına imkan verməyib. Bura məcburi köçkünlər də daxildir: "Qeyd edək ki, ölkə başçısının müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq 2018-ci ildən proqramın əhatə dairəsi daha da genişləndirilib. Belə ki, 2018-ci ildə 7267, 2019-cu ildə 10 min 352 nəfər bu roqrama cəlb edilib".

DMA-nın İdarə heyətinin sədr müavini Cəmaləddin Quliyevin sözlərinə görə, cəlb olunanlar arasında məcburi köçkünlər də ön sıralarda gedirlər: "2018-ci ildə proqrama cəlb edilən məcburi köçkünlərin sayı 2 min, 2019-cu ildə 3 min yaxındır. Cari ilin 9 ayının nəticələrinə əsasən hazırda özünüməşğulluq proqramına cəlb edilmiş 8 mindən çox şəxsin içərisində minlərləsi məcburi köçkünlərdir".

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə