Yanğın, arxiv şəkli

Yanğını söndürərkən özləri dondular

89
Havada 10 dərəcə şaxta olduğu üçün yanğınsöndürənlər alovla mübarizə zamanı çətinliklər yaşamalı olub

BAKI, 3 yanvar — Sputnik. ABŞ-da dəhşətli yanğın zamanı yeddi uşaq yaralanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Nyu-Yorkda 4 mərtəbəli binada baş verən yanğın zamanı 7-si uşaq olmaqla 23 nəfər yaralanıb. Yaralılardan 4 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir.

4 dəqiqə içində hadisə yerinə yetişə yanğınsöndürənlər onlarla sakinin həyatını qurtara bilib. Lakin havada 10 dərəcə şaxta olduğu üçün yanğınsöndürənlər alovla mübarizə zamanı çətinliklər yaşamalı olub. Belə ki, onların sıxdığı su havada donub, hərəkətlərində məhdudiyyətlər yaranıb.


89
Xoruz

Xoruz polis şefini öldürdü

2
(Yenilənib 23:34 28.10.2020)
Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Bu zaman döyüş xoruzu yerli polis şefini öldürüb.

BAKI, 28 oktyabr — Sputnik. Filippində olduqca qəribə qətl hadisəsi baş verib. Belə ki, xoruz yerli polis şefini öldürüb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən Filippində polislər xoruz döyüşlərinə qarşı reydlər keçiriblər. Belə reydlərdən biri zamanı döyüş xoruzu yerli polis şefini öldürüb. Belə ki, xoruzun caynağına ülgüc bağlanıbmış.

2
Teqlər:
Filippin
Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan kişi

Azərbaycan Prezidenti Türkiyə xalqını təbrik etdi

7
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlər başçısı özünün Twitter hesabında yazıb.

"Bir millət, iki dövlət, qardaş Türkiyə xalqını təbrik edirik!”, - deyə İlham Əliyev yazıb.

pic.twitter.com/BLAku1IDrq

— İlham Əliyev (@azpresident) October 28, 2020

7