İqor Dodon

Keçmiş müttəfiqimizin prezidenti vəzifədən uzaqlaşdırıldı

565
(Yenilənib 23:46 02.01.2018)
İqor Dodon bundan əvvəl baş nazir Pavel Filipin təklif etdiyi 7 yeni nazirin namizədliyini təsdiqləməkdən imtina edib

BAKI, 3 yanvar — Sputnik. Yanvarın 2-də Moldova Konstitusiya Məhkəməsi ölkə prezidenti İqor Dodonun səlahiyyətlərini  müvəqqəti dayandırıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, qərar hakim partiyanı təmsil edən bir qrup deputatın sorğusu əsasında qəbul edilib.    

Qeyd edək ki, İqor Dodon bundan əvvəl baş nazir Pavel Filipin təklif etdiyi 7 yeni nazirin namizədliyini təsdiqləməkdən imtina edib. Prezident iki dəfə onların namizədliyini rədd edib. Moldova qanunvericiliyinə görə isə prezident yalnız bir dəfə namizədləri təsdiqləməkdən imtina edə bilər.    

Dodonun səlahiyyətlərini ya baş nazir, ya da parlamentin spikeri həyata keçirəcək. Həmin şəxs yeni nazirlərin namizədliyini təsdiqləyərək, onların andını qəbul edəcək.

565
Teqlər:
uzaqlaşdırma, İqor Dodon, Konstitusiya Məhkəməsi, Moldova, vəzifə, prezident
Əlaqədar
Azərbaycan Fələstinin lehinə, Gürcüstan, Ukrayna və Moldova isə...
Bakıda 25 yaşlı moldovalı qızın meyiti tapıldı
Moldovalı politoloq "Ermənistan Azərbaycan Sülh Platforması"na qoşulub
Moldovanın nümayəndə heyəti Qəbələyə səfər edib
Azərbaycan Moldovaya at əti ixrac edəcək