Suriyada hərbi əməliyyatlar

Üç günə üç general öldürüldü

730
(Yenilənib 23:46 02.01.2018)
Hər üç general Haraşte şəhəri uğrunda gedən döyüşlərdə ölüb

BAKI, 2 yanvar — Sputnik. Suriyada 3 gün ərzində 3 briqada generalı öldürülüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hərbi münaqişələrin analizi ilə məşğul olan "WarJournal" kanalı xəbər yayıb.

Bu gün Suriya quru qoşunlarının briqada generalı Həbib Mahrezanın ölüm xəbəri yayılıb. General, Haraste şəhəri uğrunda gedən döyüşlərdə öldürülüb.

Bundan bir gün əvvəl isə həmin şəhərdə gedən döyüşlərdə general Əli Diopanın öldürüldüyü bildirilmişdi. O, Suriya Respublika Qvardiyasının tank batalyonunun komandiri olub.

Dekabrın 31-də isə Harast şəhəri uğrunda döyüşlərdə quru qoşunlarının daha bir generalı Mohammed Cenad öldürülmüşdü.

730
Teqlər:
Haraşte, ölüm, general, Suriya, döyüş
Əlaqədar
Türk general: "Bəşər Əsəd qalib gəldi, barışmaq lazımdır"
General məhkəmə qərarına etiraz olaraq canlı yayımda zəhər içdi
Korrupsiyada ittiham edilən general-polkovnik intihar etdi
Türkiyənin nüfuzlu generalından kəskin bəyanat - Ərdoğan qəzəblənəcək
Özbək general Azərbaycan ordusunun silahları ilə tanış oldu