Futbol topu

O yenə dünyanın ən yaxşısı oldu

124
(Yenilənib 17:34 02.01.2018)
Messi səslərin 56 faizini topladığı halda, ikinci yeri tutan "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu cəmi 25 faiz səs qazanıb

BAKI, 2 yanvar — Sputnik. Argentina yığmasının və İspaniyanın "Barselona" klubunun hücumçusu Lionel Messi 2017-ci ilin ən yaxşı futbolçusu seçilib.

Sputnik Azərbaycan "Report"a istinadən  xəbər verir ki, 30 yaşlı forvard "Marca" nəşrinin oxucular arasında 100 ən yaxşı oyunçunu müəyyənləşdirmək üçün apardığı səsvermənin sonunda qalib olub.

Lionel Messi
© REUTERS / Sergio Perez
Lionel Messi

Messi səslərin 56 faizini topladığı halda, ikinci yeri tutan "Real Madrid"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu cəmi 25 faiz səs qazanıb. Üçüncü yeri isə 6 faiz səslə "Kral klub"nun digər futbolçusu İsko Alarkon qərarlaşıb.

Qeyd edək ki, Messi 2017-ci ildə iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 54 qol vurub və 19 məhsuldar ötürmə verib. 

124
Teqlər:
futbol, Lionel Messi, sorğu, səsvermə, Kriştianu Ronaldu, İsko Alarkon
Əlaqədar
Məşhur türk futbolçular bardan qızla çıxmağa peşman oldular – VİDEO
Türk futbolunun əfsanəsindən insaniyyət nümunəsi
İlin sonuncu möhtəşəm futbol şousu
Türkiyə futbolunda gözlənilən oldu
Futbolçular meydanda öküz kəsdilər - FOTO
Avstraliyalı hərbi qulluqçu Kabil hava limanında

Kabil aeroportu öz fəaliyyətini bərpa edib

28
(Yenilənib 11:13 20.09.2021)
Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

BAKI, 20 sentyabr - Sputnik. Əfqanıstanın paytaxtı Kabildəki beynəlxalq hava limanı daxili və beynəlxalq uçuşlar üçün açılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əfqanıstanın Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Mlumatda qeyd olunur ki, bu il avqustun 26-da törədilən partlayış nəticəsində Kabil hava limanına dəyən ziyan aradan qaldırılıb.

Aeroport Türkiyə, ABŞ və Qətər mütəxəssislərinin birgə səyləri nəticəsində bərpa olunub. Hava limanı reysləri qəbul etməyə başlayıb.

Qeyd edək ki, avqustun 26-da Kabildə güclü partlayış olub.

Talibanın* nümayəndəsi Zabiulla Mücahid Kabildə baş verən sonuncu partlayışın ABŞ hərbçiləri tərəfindən hərbi sursatların məhv edilməsi üçün törədildiyini bildirmişdi.

Kabildə baş verən partlayışlarda on iki Amerika əsgəri və 60 nəfər əfqan həlak olub. Partlayışlardan biri əcnəbilərin yığışdığı Baron otelinin yanında törədilib. Məlumatlara görə, Kabil aeroportu yaxınlığında baş verən partlayışlarda ölənlərin sayı ən azı 90 nəfərdir.

Taliban* qadınları aeroportda işə dəvət edib

Kabil aeroportunun aralarında qadınların da olduğu işçiləri Taliban* hərəkatının xahişi ilə işə qayıdırlar. Bu barədə hələ sentyabrın 13-də Tolo News telekanalı məlumat yayıb. 

"İşə qayıtmağımızı xahiş etdikləri üçün şadıq. İstəyirik ki, bundan sonra hökumət bizə maaş ödəsin", - aeroportda işləyən yüz qadından biri olan Zahra Amiri telekanala müsahibəsində deyib. 

Lida adlı digər qadın əməkdaş isə deyib ki, taliblərin gəlişindən sonra işlərini dayandırmalı olublar. "İndi isə biz havayı işləyirik", - o əlavə edib.

Telekanal bildirir ki, sərhəd polisinin əməkdaşları da işə qayıdıblar, ancaq KİV-lə ünsiyyətdən qaçırlar. Taliban* da şərh verməkdən imtina edib.

Tolo News qeyd edir ki, avqustun 15-də taliblər hakimiyyətə gəldikdən sonra dövlət işçilərinin əksəri işə çıxmayıb.

Taliblər bir ay bundan əvvəl hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar.

Sentyabrın 6-da taliblər Əfqanıstanın 34 əyalətindən sonuncusu olan Pəncşirin döyüşlərlə nəzarətə keçdiyini bildiriblər. Ertəsi gün Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edildi. İlk Taliban* hakimiyyəti dövründə xarici işlər naziri vəzifəsində çalışan və BMT-nin sanksiyaları altında olan Məhəmməd Həsən Axund Əfqanıstanın müvəqqəti hökumətinə rəhbərlik edəcək.

* Rusiya Federasiyasında və dünyanın bir sıra ölkəsində qadağan olunmuş terror qruplaşması. 

28
Rusiya Dövlət Dumasına seçkilər (2021)

Rusiyada keçirilən seçkilərdə kim irəlidədir - Exit-poll nəticələri

30
(Yenilənib 00:13 20.09.2021)
Sorğunun nəticələrinə görə, 5%-lik həddi dörd siyasi təşkilat keçə bilib, onların arasında “Yedinaya Rossiya” liderdir.

BAKI, 19 sentyabr - Sputnik. Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə “Yedinaya Rossiya” partiyası hamıdan çox səs toplayıb (45,2%). Belə bir nəticə Sosial marketinq institutunun (İNSOMAR) keçirdiyi exit-poll-dan sonra hasil olub.

Kommunist partiyası səslrin 21%-ni, RLDP - 8,7%-ni, “eserlər” isə - 7,9%-ni toplayıblar.

Sorğunun nəticələrinə görə, seçkilərə qatılmış digər siyasi təşkilatlar 5%-lik səs həddini keçə bilməyiblər.

Respondentlərə belə bir sualla müraciət olunub: “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?”.

Sorğu planşetlər vasitəsilə, elektron anketlərin köməyi ilə keçirilib. Məlumatlar real vaxt rejimində işlənib. Ümumilikdə sentyabrın 17-dən 19-a qədər sorğuda 438218 seçici iştirak edib.

Exit-poll üçün 825 yaşayış mntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Qeyd edək ki, yerli vaxtla saat 20.00-da Moskva və ölkənin mərkəzi regionlarında səsvermə məntəqələri bağlanıb. Yerli vaxtla saat 18.00-a olan məlumata görə, seçkilərdə seçicilərin 45,15%-i iştirak ediblər.

Bütün ölkə üzrə seçicilərin ən çox fəallığı Çeçenistan, Kabardin-Balkar və Tuva vilayətlərində qeydə alınıb. Ən az fəallığı isə “şimal paytaxtı”nın sakinləri göstəriblər.

30
Teqlər:
'exit-poll', Rusiya
Azərbaycan HHQ-nə məxsus qırıcı, arxiv şəkli

Türkiyə Azərbaycan hərbi təyyarələri İstanbul səmasında salamlama uçuşu keçiriblər

0
(Yenilənib 15:32 20.09.2021)
Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

BAKI, 20 sentyabr — Sputnik. Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) İstanbul boğazı üzərində salamlama uçuşu həyata keçiriblər.

Sputnik Azərbaycan Türkiyə səfirliyinin Twitter səhifəsinə istinadla xəbər verir ki, uçuşa 15 təyyarə qatılıb.

Uçuşda Türkiyə Hərbi Hava Qüvvələri donanmasından F-16, F-4, Azərbaycan Hərbi Hava Qüvvələrinə aid MİQ-29 təyyarələri iştirak edib.

Atatürk Hava Limanından havaya qalxan təyyarələr Yenikapı-Eminönü xətti üzrə İstanbul boğazını keçib və yenidən Atatürk Hava Limanına eniş edib.

Bu salamlama uçuşu "Teknofest" texnologiya festivalı çərçivəsində baş tutub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr "Teknofest" texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.

0