İranda qan su yerinə axır, yüzlərlə adam həbs edilib - FOTOLAR

© Photo : IRINN / ReutersTV via REUTERSİranda iğtişaşlar. 31 dekabr 2017-ci il
İranda iğtişaşlar. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Etiraz aksiyaları başlayandan bu yana ölənlərin sayı 22 nəfərə çatıb

BAKI, 2 yanvar — Sputnik. İranda bir neçə gün öncə başlayan etiraz aksiyaları tam şiddəti ilə davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin sayı da durmadan artır.

© Photo : IRINN / ReutersTV via REUTERSDükan pəncərəsinin sınmış şüşələri. Əlburz ostanı, İran, 31 dekabr 2017-ci il
Dükan pəncərəsinin sınmış şüşələri. Əlburz ostanı, İran, 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Dükan pəncərəsinin sınmış şüşələri. Əlburz ostanı, İran, 31 dekabr 2017-ci il

İran dövlət televiziyası son gün ərzində daha 9 nəfərin öldüyünü açıqlayıb. Beləliklə, etiraz aksiyaları başlayandan bu yana ölənlərin sayı 22 nəfərə çatıb. Etiraz aksiyalarının artıq hərbi hissələrin və polis idarələrinin qarşısında da davam etdiyi vurğulanır.

© Photo : IRINN / ReutersTV via REUTERSTuysirkan şəhərində yanmış avtomobil. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il
Tuysirkan şəhərində yanmış avtomobil. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
Tuysirkan şəhərində yanmış avtomobil. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il

Tehran valiliyi təkcə yanvarın 1-də 100 nəfərin tutulduğunu açıqlayıb. Bununla da, həbs edilənlərin ümumi sayı 450 nəfərə yüksəlib.

© Photo : IRINN / ReutersTV via REUTERSİranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il
İranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il - Sputnik Azərbaycan
İranın Luristan ostanının Dürud şəhərində yanan tikili. 31 dekabr 2017-ci il

İran prezidenti Həsən Ruhani dünın axşam televiziya çıxışında etiraz aksiyası iştirakçılarının hamısının xaricdən əmr alması xəbərinə etiraz edib. O, hər etirazçının xaricdən əmr almadığını, bir qrup insanın fikirlərini bildirmək və problemlərini bölüşmək üçün küçəyə çıxdığını qeyd edib: "Etirazçıları küçəyə çıxaran təkcə iqtisadi durum deyil. İnsanlar daha böyük azadlıq istəyirlər".

© Photo : IRINN / ReutersTV via REUTERSTuysirkan şəhərində etirazlar. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il
Tuysirkan şəhərində etirazlar. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il  - Sputnik Azərbaycan
Tuysirkan şəhərində etirazlar. Həmədan ostanı, İran. 31 dekabr 2017-ci il

Bu arada, son günlər susqunluğunu davam etdirən İranın ali dini lideri ayətullah Əli Xamneyinin bu gün çıxış edəcəyi gözlənilir.

Xəbər lenti
0