Donald Tramp, arxiv şəkli

Tramp danışdı daha bir ölkəni ABŞ-a düşmən etdi

1156
(Yenilənib 12:54 02.01.2018)
ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb

BAKI, 2 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampın çıxışı daha bir beynəlxalq gərginliyə səbəb olub. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Pakistandakı səfiri Devid Heyl Xarici İşlər Nazirliyinə çağırılıb.

Amerikalı diplomat XİN-ə yanvarın 1-i axşam saatlarında dəvət edilib. Ona, prezident Trampın bəyanatı ilə bağlı etiraz notası təqdim edilib.

Qeyd edək ki, Donald Tramp Pakistanı əfqan terrorçularına sığınacaq verməkdə ittiham edib. O, "Twitter"də yazdığı qeyddə son 15 ildə Pakistana 33 milyard dollarlıq kömək göstərildiyini bildirib: "Onlar isə bizə yalan və fırıldaqçılıqdan başqa heç nə verməyiblər, çünki liderlərimizi axmaq hesab ediblər. Onlar bizim izlədiyimiz terrorçulara sığınacaq verirlər. Daha bu kömək olmayacaq".

1156
Teqlər:
ABŞ prezidenti Donald Tramp, nota, ittiham, Pakistan, terrorçu, bəyanat
Əlaqədar
Azərbaycan - Pakistan münasibətlərinin ildönümü
Pakistan ABŞ əleyhinə yeni qərar qəbul etdi
Bakıda Suriya, Pakistan və Əfqanıstan qaçqınlarına böyük jest
İran Rumıniya ilə Pakistanı vura bilər
Pakistanın yeni baş naziri bəlli oldu

Çavuşoğludan Makrona sərt cavab: "Bu günədək Ermənistanı dəstəkləməkdən başqa etdiniz?

2
(Yenilənib 13:38 30.09.2020)
Türkiyənin Xarici İşlər Naziri: "Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan, yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz". Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Türkiyənin Qarabağla bağlı bəyanatına dair şərhinə münasibət bildirərkən qeyd edib.

Çavuşoğlu Makronu dürüst olmağa çağırıb: 

"Cənab Makron bu günə qədər Ermənistanı dəstəkləməkdən başqa nə etdiniz? Siz də Minsk Qrupunun həmsədr ölkəsisiniz. Minsk qrupunun həmsədr ölkələrinə (Fransa, ABŞ və Rusiya) Ermənistan yoxsa Azərbaycan dedikdə, Ermənistanı seçirlər, ona dəstək verirlər. Makronun da açıqlaması bunu göstərir. Bizim qardaş ölkə üçün açıqlamamızın harası təhlükəlidir? Sən də dürüst şəkildə çıx de ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal edib və buradan geri çəkilməlidir. De ki, bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var və mən də bu BMT Təhlükəsizlik Şurasının daimi üzvüyəm. Dürüst davransın, biz də onu təbrik edək".

Qeyd edək ki, daha əvvəl Fransa Prezidenti Emmauel Makron Türkiyənin Dağlıq Qarabağla bağlı bəyanatını düşünülməmiş və təhlükəli adlandırıb.

2
İskəndər M raket kompleksi

Paşinyan Azərbaycana qarşı "İsgəndər" "Su-30SM" qırıcılarının tətbiqindən danışdı

62
(Yenilənib 13:23 30.09.2020)
"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir" - Paşinyan

BAKI, 30 sentyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya KİV nümayəndələri ilə görüşü zamanı Azərbaycana qarşı "İsgəndər" operativ-taktiki raket komplekslərinin və "Su-30SM" qırıcılarının tətbiqi imkanı məsələsini şərh edib.

"Bizim üçün prioritet öz vətəndaşlarımız və ölkələrimizin təhlükəsizliyinin təmin olunması məsələsidir. Eyni zamanda bizim məqsədimiz vəziyyəti gərginləşdirməməkdir", - deyə Sputnik Ermənistan xəbər verir.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

62